Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ Rayon İcra Hakimiyyəti yanında yaradılan ictimai şuraya seçkinin təşkil edilməsi haqqında sərəncam.

Qəbələ Rayon İcra Hakimiyyəti yanında yaradılan ictimai şuraya seçkinin təşkil edilməsi haqqında

SƏRƏNCAM

Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununa, Azərbaycan Respublikası Prezidentinin “İctimai iştirakçılıq haqqında” 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanunun tətbiqi barədə 16 yanvar 2014-cü il tarixli 89 nömrəli fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında 30 may 2014-cü il tarixli 171 nömrəli qərarına əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci maddəsini rəhbər tutaraq

qərara alıram:

  1. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 03 noyabr 2020-ci il tarixli 86 nömrəli sərəncamına qismən dəyişiklik edilərək RİH başçısı yanında (rayon icra hakimiyyətinin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv) İctimai Şuraya seçkinin təşkil edilməsi məqsədilə 9 nəfərdən ibarət aşağıdakı tərkibdə yeni “Seçki komissiyası” yaradılsın.  

                         

Seçki komissiyanın sədri

1.

Osmanova Ətayə Kərim qızı

Qəbələ RİH başçısının müavini – İctimai-siyasi və    humanitar məsələlər şöbəsinin  müdiri                                               

 

                                                        Seçki  komissiyanın üzvləri

 

2.

Hüseynov Absalam Zahid oğlu

Qəbələ RİH başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

 

3.

Ağayev Pərviz İsmət oğlu

Qəbələ RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini –dini qurumlarla işin təşkilatçısı

 

4.

Şirinov Anar Tofiq oğlu

Qəbələ RİH başçısı aparatının böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi

5.

Nəzirov Yaşar  Sabir oğlu

Qəbələ Rayon Təhsil Sektorunun müdir müavini

 

6.

Bayramova Sədaqət Əflatun qızı

Qızıl Aypara Cəmiyyətinin Qəbələ Rayon Bölməsinin sədri

 

7.

Hacıyev Tahir İbrahim oğlu

Qəbələ Rayon Ağsaqqallar Şurasının üzvü

 

8

Sabirli Pərviz Çingiz oğlu

Dİ və İXİHİ-nın Qəbələ rayon şöbəsinin sədri

 

9.

Məhərrəmov Anar Mansur oğlu

Qəbələ Regional QHT Resurs və Təlim Mərkəzinin İcraçı direktoru

 

 

  1. Seçki Komissiyasına tapşırılsın ki, İctimai Şuraya seçkini “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun təşkil etsin.

       III. Bu sərəncam Qəbələ Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (qebele-ih.gov.az) yerləşdirilsin və “Qəbələ” qəzetində dərc edilsin.

  1. Rayon icra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Fuad Zəkəriyyəzadə sərəncamın surətini aidiyyəti üzrə göndərilməsini təmin etsin.
  2. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

  

Başçı                                         Səbuhi Abdullayev

 

Keçidlər