Şriftin ölçüsü :

Saytın rəngi :

2022-ci ildə ilk uğurlar

18 yanvar 2022 | 02:00

Qəbələ idmançıları 2022-ci ildə ilk uğurlarını əldə ediblər. Belə ki, cüdo idman növü üzrə 13-16 yanvar 2022-ci il tarixdə Bakı şəhərində yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində “Qəbələ” İdman Klubunun yetirməsi Cabbarov Tamerlan Elşən oğlu qızıl medal qazanaraq çempion olmuşdur.
Bundan əlavə sambo idman növü üzrə 14-16 yanvar 2022-ci il tarixdə yeniyetmələr, gənclər və kişilər arasında keçirilən ölkə birinciliyi və çempionatında Məmmədzadə Qismət Seymur oğlu, İsayev İbrahim Günəş oğlu və Bəşirov Murad Elşən oğlu fəxri kürsüdə III yeri tutaraq bürünc medal qazanmışlar.
Bütün idmançılarımıza daha böyük qələbələr, rayonun idman şərəfini daha yüksəklərə ucaltmağı arzulayırıq.

Keçidlər