Şriftin ölçüsü :

Saytın rəngi :

Nic qəsəbəsində Milad bayramı qeyd edilib

07 yanvar 2022 | 16:00

Yanvarın 7-də dünyanın pravoslav xristianları tərəfindən qeyd edilən İsa Peyğəmbərin mövludu günü - Milad bayramı münasitilə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Cotari” alban kilsəsində bayram mərasimi keçirilmişdir. Mərasimdə Alban-udi icmasının rəhbəri Robert Mobili, kilsənin keşişi Rafik Danakari və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Nic qəsəbəsinə daim göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmiş, bayram münasibətilə təbriklər səsləndirmişlər. Qeyd olunmuşdur ki, müsəlmanların və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Tədbirdə çıxış edən udilər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını qeyd etmişlər. Məlumat verilmişdir ki, Nic qəsəbəsində 3 kilsə və 2 məscid var. “Cotari” alban kilsəsində və Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən "Müqəddəs Məryəm Ana" (Bulun) məbədində 2020-ci ildə aparılan təmir-bərpa işləri ölkədə tolerantlıq mühitinin olduğuna  gözəl nümunədir. Mərasimdə Vətən müharibəsi qazilərinə bayram münasibətilə hədiyyələr təqdim edilmişdir.

Keçidlər