Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib

31 dekabr 2021 | 05:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının köməkçisi- Əsədov Abdulla Ramiz oğlu  Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə RİH başçısı medal və vəsiqəni  Abdulla Əsədova təqdim edərək  təbrik etmiş və bundan sonrakı fəaliyyətində ona uğurlar arzulamışdır.
Abdulla Əsədov göstərilən etimada görə ölkə rəhbərliyinə təşəkkürünü bildirərək, bundan sonra da Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini qeyd etmişdir.

Keçidlər