Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində göstərdikləri igidliyə görə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə orden və medallar təqdim edilmişdir

31 dekabr 2021 | 02:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə orden və medalların təqdim olunması ilə bağlı Qəbələ Mədəniyyət Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş rayonumuzdan olan şəhidlərin ailə üzvlərinə orden və medallar təqdim olunmuşdur. Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Vətən müharibəsində qazanılan Qələbədən danışmış, müharibə iştirakçılarını təbrik edərək, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr, qazilərə can sağlığı arzulamışlar. Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər