Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində göstərdikləri igidliyə görə Qəbələ rayonundan olan qazilərə medallar təqdim edilmişdir

30 dekabr 2021 | 09:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən  müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Qəbələ rayonundan olan qazilərə medalların təqdim olunması ilə əlaqədar tədbir keçirilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində keçirilən tədbirdə rayon icra hakimiyyətinin və Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin nümayəndələri tərəfindən Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Vətən müharibəsi qazilərinə medallar təqdim olunmuşdur. Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Vətən müharibəsində qazanılan Qələbədən danışmış, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr, qazilərə can sağlığı arzulamışlar. Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər