Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Təhsil alan Gənc Kulinarların IV Ümumrespublika Çempionatı”nda Zəfər bayramı Naminasiyası üzrə I yeri əldə edib

28 dekabr 2021 | 02:00

Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən 24 dekabr 2021-ci il tarixində mərkəzin 30 illik Yubileyinə həsr edilmiş konfrans və “Təhsil alan Gənc Kulinarların IV Ümumrespublika Çempionatı” keçirilmişdir.
Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik Yubileyinə həsr edilmiş konfransda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tİ üzrə direktor müavini Reyhan Məmmədova və Baş usta Səlim Mehdiyev də iştirak ediblər. “Təhsil alan Gənc Kulinarların IV Ümumrespublika Çempionatı”nda Bakıdan və regionlardan peşə təhsili müəssisələrində kulinariya üzrə təhsil alan tələbələrdən ibarət 10-dan çox komanda iştirak etmişdir. Zəfər bayramı Naminasiyası üzrə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin komandası I yeri əldə edib.

Keçidlər