Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ Rayon Təhsil Şöbəsində “Azərbaycan – yurdum mənim” adlı tədbir keçirilib

25 dekabr 2021 | 09:00

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində rayonun bütün ümumtəhsil müəssisələrində keçirilən silsilə tədbirlərin yekunu olaraq 23 dekabr 2021-ci il tarixdə Rayon Təhsil Şöbəsində qabaqcıl müəlllimlərin, təhsildə fərqlənən şagirdlərin iştirakı ilə “Azərbaycan – yurdum mənim ”adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin müdiri Arifə Bayramova Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə iştirakçıları təbrik etmiş, bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixinə bəxş etdiyi gözəl günlərdən biri olduğunu qeyd etmişdir. Daha sonra Əməkdar müəllim, Vətən müharibəsi iştirakçısı Elşad  Abdurahmanov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən, 44 günlük müharibə ərzində xalqımızın bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək möhtəşəm qələbə qazanmasından danışmışdır. Sonda rayonun qabaqcıl müəllimlərinə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Qəbələ Rayon Təhsil Şöbəsinin Fəxri Fərmanları, Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə fərqlənən şagirdlərə Diplom və hədiyyələr təqdim olunmuşdur.

Keçidlər