Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələdə Vətən Müharibəsi şəhidi Aqşin Qədirzadənin il dönümü qeyd edilmişdir

19 dekabr 2021 | 08:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhadətə ucalan Vətən müharibəsi şəhidi Qədirzadə Aqşin Elman oğlunun ildönümü münasibətilə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidin təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirəsi anılaraq, ruhuna dualar oxunmuşdur. Həmçinin şəhidin əziz xatirəsinə Seyidqışlaq kəndində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur. Şəhidin ailəsi mərasim iştirakçıları tərəfindən evlərində ziyarət edilmişdir. Ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər