İsmayıl Bəy Qutqaşınlı haqqında
İsmayıl Bəy Qutqaşınlının xatirə ev-muzeyi
Azərbaycan realist nəsrinin banilərindən və ilk azərbaycanlı generallardan biri olan Hacı İsmayıl bəy Qutqaşınlı 1806-cı ildə tanınmış zadəganlardan sayılan Nəsrulla Sultanın ailəsində dünyaya gəlmişdir. Bu elə bir zaman idi ki, ruslar zəngin təbiətə və sərvata malik olan qafqazın işğalını gündən-günə sürətləndirirdi. İsmayıl Bəy Qutqaşınlının ilk tədqiqatçısı Salman Mümtazın (1884-1941) yazdığı kimi, çar höküməti o zaman hər zadəgan ailəsindən bir oğlan uşağını oxutmaq, təlim-tərbiyə vermək adı ilə Peterburqa aparıb girov kimi saxlayırdı ki, valideynləri üsyana qalxa bilməsinlər və həmişə itaətdə olsunlar.
Belə girovlardan biri də İsmayıl bəy Qutqaşınlı idi. Otuz il rus ordusunda xidmət edən İsmayıl bəy Qutqaşınlı 1850-ci il dekabrın 9-da general-mayor rütbəsinə layiq görülmüşdür. Lakin o, Azərbaycan tarixinə təkcə hərbçi kimi deyil, habelə yazıçı, naşir, səyyah, coğrafiyaşünas, kənd təsərrüfatı islahatçısı kimi də düşmüşdür.Belə bir tarixi şəxsiyyətin adının və xatirəsinin əbədiləşdirilməsi Qutqaşın (indiki Qəbələ) ziyalılarını daima düşündürürdü.
Doğrudur, onun adına küçə və kolxoz vardı, şəhərin mərkəzində büstü qoyulmuşdur. Lakin qəbirüstü abidəsi qoyulmamışdı, qəbrinin ətrafı bərbad vəziyyətdə idi, xatirə muzeyi yox idi. Bu kimi çatışmazlıqları aradan qaldırmaq üçün rayon ziyalıları könüllü olaraq işə başladılar. Bu işin önündə Azərbaycan EA-nın Respublika Əlyazmalar Fondunun (indi İnstitutunun) direktoru, filologiya elmləri doktoru, professor, Əməkdar Elm xadimi Cahangir Vahid oğlu Qəhrəmanov (1927-1995).
Məhz onun təkidi və təşəbbüsü ilə ədibin tuncdan büstü hazırlandı və 1978-ci ildə Leninqraddan Qutqaşına (indiki Qəbələyə) gətirildi. 80-ci illərin əvəllərində ədibin qəbirüstü ərazisi sahmana salındı, abadlıq işləri aparıldı və orada büstü qoyuldu. Biz də o vaxt ədibin ev-muzeyinin yaradılması məsələsini rəhbərlik qarşısında qaldırdıq. Lakin məlum oldu ki, yazıçının anadan olduğu ev və ümumiyyətlə həmin nəslin malikanəsindən nişanə qalmayıbdır. “Xatirə ev-muzeyi”nin yaradılması təklifi bəyənildi və qəbirüstü abidə ilə üzbəüz sahədə bina üçün yer ayrıldı, qısa vaxtda tikintiyə başlandı. Azərbaycan KP MK-nın o vaxtkı katibi H.Ə.Həsənov 20 iyul 1984-cü ildə rayonumuzda olarkən Qutqaşın (indiki Qəbələ) Dövlət Tarix- Mədəniyyət Qoruğunda, Qutqaşın (indiki Qəbələ) rayon Tarix-Diyarşünaslıq Muzeyində və muzey üçün bərpa edilən keçmiş Cümə məscidinin binasında, Səkkizguşəli məsciddə oldu, İsmayıl bəy Qutqaşınlının məzarını ziyarət etdi və ədibib xatirə ev-muzeyinin tikintisi ilə yaxından tanış olaraq bu işdə rayon rəhbərliyinə uğurlar arzuladı.Elə o vaxtdan İsmayıl bəy Qutqaşınlıya dair eksponatların toplanması işi sürətləndirildi.
Az vaxt içərisində IX əsr Azərbaycan ədəbiyyatını, tarixini, etnoqrafiyasını, məişətini əks etdirən yüzlərlə tarixi və elmi əhəmiyyətə malik material toplamağa nail olduq. Rayon rəhbərliyi 1985-ci ilin sentyabr-oktyabr aylarında Xalis Məmmədovu (Qəbələ Tarix- Diyarşünaslıq Muzeyinin direktoru) Moskva və Leninqrad şəhərlərinə, Rayon Partiya Komitəsinin şöbə müdiri Qüdrət Səmədovu isə Tibilisiyə material əldə etməyə yolladı. Və hər ikimiz kifayət qədər sənədin surətini gətirdik. Mən hətta Leninqradda SSR Dövlət Mərkəzi Tarix Arxivində İsmayıl bəy Qutqaşınlının elmə məlum olmayan bir məktubunun avtoqrafını aşkar etdim (“ Elm”, 2 iyul 1986-cı il). Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinin əməkdaşı mərhum Orucəli Həsənovun məsləhət və tövsiyyələri əsasında xatirə ev-muzeyinin plan-ssenarisi hazırlandı. Mədəniyyət Nazirliyinin “Muzeylərin bədii layihələşdirilməsi emalatxanası” bədii tərtibat işinə başladı. Bu işi muzey quruculuğu sahəsində zəngin təcrübəsi və bacarığı olan Cahangir Əli oğlu Məmmədov qısa vaxt ərzində məharətlə başa çatdırdı.
Nəhayət, çoxdan arzusunda olduğumuz xatirə ev-muzeyinin 1986-ci ilin sentyabrın 6-da təntənəli açılışı oldu. Açılış mərasimində rayon partiya komitəsinin birinci katibi Ə.Ə.Qurbanov, “Советская культура” qəzetinin müxbiri Faiq Mustafayev, ədibin qardaşının nəvəsi, texnika elmləri namizədi Rüfət Sultan oğlu Sultanov, RƏF-in direktoru, prof. Cahangir Qəhrəmanov, Azərbaycan EA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru prof. Bəkir Nəbiyev, Azərbaycan EA-nın Tarix İnstitunun direktoru İqrar Əliyev, arxeologiya və etnoqrafiya sektorunun müdiri, tarix e. d., prof; həmyerlimiz Qara Əhmədov, filologiya e. n. O.Həsənov, Azərbaycan EA-nın “Elm” qəzetinin redaktoru, filologiya e. n. həmyerlimiz Ədalət Tahirzadə, muzeyin bədiitərtibatını həyata keçirən Cahangir Məmmədov, tərtibatı layihələşdirən emalatxananın direktoru Zülfüqar Fərzəliyev və rayon ictimaiyyəti iştirak etmişdir.
Rayon ictimaiyyəti adından mədəniyyət şöbəsinin müdiri Əhmədiyyə Məmmədov, həkim Sara Nəsirova, Bum kəndindən (indiki Bum qəsəbəsi) qabaqcıl tütünçü Gülşən Məmmədova, filologiya elmlər namizədi Ədalət Tahirzadə söz alaraq rəhbərliyə və Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildirmişlər. Açılışdan sonra Qutqaşın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru kimi xatirə ev-muzeyinin ekspozisiyası barədə tamaşaçılara geniş izahat verilmişdir.Qeyd edilməlidir ki, belə bir muzeyin yaradılması Azərbaycanın Mədəniyyət Naziri mərhum Zakir Bağırovun , Nazir müavini Güllü Əbilovanın və Nazirliyin muzeylər idarəsinin rəisi Səriyyə İsmayılovanın, Adilxan Bayramovun daimi diqqəti və qayğısı ilə də sıx bağlıdır.
Açılşdan sonra ədibin xatirə ev-muzeyi Qutqaşın rayon Tarix-Diyarşünaslıq Muzeyinin ictimai əsaslarla işləyən filialı kimi fəaliyyət göstərdi. Aradan bir müddət keçəndən sonra filialın fəaliyyətini nəzərə alaraq Azərbaycan Nazirlər Sovetinin 30 dekabr 1989-cu il tarixli 526 nömrəli qərarı ilə İsmayıl bəy Qutqaşınlının xatirə ev-muzeyinə Qutqaşın rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı statusu verildi.

Azərbaycan Respublikası Mədəniyyət Naziri Polad Bülbüloğlunun 08 fevral 1990-cı il tarixli 43 nömrəli əmri ilə filiala ştatlar ayrıldı. Xatirə ev-muzeyinin təşkilində və eksponatların toplanmasında Şirin Abdullayevin (1933-1983), RPK-nın I katibi Ə. Ə. Qurbanovun, II katibi Ş. Şirinovun, III katibi S. Talıbovanın , mədəniyyət şöbəsinin müdiri Əhmədiyyə Məmmədovun, filologiya elmlər namizədləri Ədalət Tahirzadə və Fazil Əhmədovun, şair Tacəddin Şahdağlının, həkim Sara Nəsirovanın, müəllimlərdən Hüseyn Məmmədov, Ağasəf Bağıyevin, Həmzət Həmzəyevin, mədəniyyət işçilərindən Varis Yaqubovun, Mübariz Abdullayevin, Səriyyə Cabbarovanın , təqaüdçü, mərhum Qəhrəman Əsədovun, xalq rəssamı Kazım Kazımzadənin (1913-1992), filologiya elmləri doktoru, prof. Qara Əhmədovun əvəzsiz xidmətləri vardır.
Xatirə ev-muzeyinə ekskursiya ədib və onun arvadı Hacı Bikə xanımın qəbirlərini ziyarətlə başlayır.
Xatirə ev-muzeyi 4 otaqdan ibarətdir. Bu otaqlarda arxiv sənədləri, əlyazma və çap kitabları, xatirə əşyaları, mebel-məişət avadanlığı, xəritələr, xatirələr, fotoşəkillər nümayiş etdirilir.Birinci otaq üzrə ekskursiya:
İsmayıl bəy Qutqaşınlı 1806-cı ildə Qutqaşında anadan olmuş və 1869-cu ildə vəfat edərək burada da dəfn olunmuşdur. Ədibin fotoşəkli yoxdur. 1985-ci ildə Moskva və Leninqrad şəhərlərindəki muzeylərdə, kitabxanalarda, arxivlərdə, şəkil qalereyalarında ciddi axtarışlarımıza baxmayaraq bizim üçün olduqca qiymətli olan fotoşəklə rast gəlmədik.İsmayıl bəy Qutqaşınlı Azərbaycanda müasir üslubda hekayəçiliyin və maarifçiliyin nümayəndəsi, dünya mədəniyyətinin carçılarından biri kimi məmləkətimizin tarixində parlaq yer tutur. O, hərbi xidmətlə əlaqədar olaraq bir müddət Varşavada yaşamış və orada 1835-ci ildə fransız dilində “Rəşid bəy və Səadət xanım” əsərini çap etdirmişdir. İsmayıl bəy Qutqaşınlının bu yığcam povesti mövzu və surətləri etibarı ilə məhəbbət dastanlarına yaxın olsa da ideyası, məzmunu, təsvir üsulu, kompozisiya xüsusiyyətləri ilə tamamilə yeni və orijinal idi. “Rəşid bəy və Səadət xanım” əsərinin müəllifinin dünyagörüşündə və yaradıcılığında şifahi xalq ədəbiyyatının təsiri nə qədər mühüm yer tutursa, klassik ədəbiyyatın, xüsusilə orta əsrlər Şərq poeziyasının ruhu da bir o qədər güclüdür.
Odur ki, ekspozisiya İsmayıl bəy Qutqaşınlının uşaqlıq və yeniyetməlik illərində mütaliə etdiyi Şərqin böyük bahadırları olan Firdovsinin, Ömər Xəyyamın, Nizami Gəncəvinin, Xaqaninin, Nəsiminin, Vidadinin, Vaqifin portretlərinin nümayişilə başlayır (stenddə həmin ədiblərin portretlərinin fotosurətləri, vitrində isə onların müasir dövrdə çap olunmuş kitablarından nümunələr göstərilir).
Ədibin ən qüvvətli və qüdrətli cəhəti Azərbaycan xalqının həyat və məişəti, adət və ənənələrini, sevgi və ailə haqqında milli xüsusiyyətlərini, təbii sərvətlərini yaxşı bilməsi və onları sevməsi, öz əsərində bunları yeri gəldikcə məharətlə əks etdirməsidir.
Povest boyunca oxucularına, xüsusilə fransız nəşrini mütaliə edəcək oxucularına dönə-dönə etdiyi müraciətlərdən aydın olur ki, İsmayıl bəy Qutqaşınlı bədii yaradıcılıqda realizmə, təbiiliyə, səmimiyyətə, inandırıcılığa müqəddəs bir şərt kimi baxan bir yazıçıdır. Bu da ədibin mütərəqqi rus və Qərbi Avropa ədəbiyyatının görkəmli nümayəndələri olan Karamzin, Puşkin, Lermontov, Nekrasov, Düma, Beranje kimi şair və yazıçıların əsərlərini mütaliə etməsinə bir sübutdur.
İsmayıl bəy Qutqaşınlı hərbi qulluğa 1822-ci ildə, yəni 16 yaşında başlamışdır. Otuz il rus ordusunda xidmət edərək general-mayor rütbəsinədək yüksəlmişdir. Birinci vitrində ədibin hərbi xidmətinə dair sənədlərin surətləri göstərilir. İlk sənəddə onun yaşı, ictimai mənşəyi, keçdiyi yollar haqqında dolğun məlumatlar almaq olar. Vitrində həmçinin ədibin təltif olunduğu orden və medalların, mükafatların siyahısı vardır.
Bu siyahı 1855-ci ildə Peterburqda nəşr olunmuş “Список генералов по старшинству” kitabından götürülmüşdür.Digər bir sənəd İsmayıl Bəy Qutqaşınlının 1935-ci ildə Varşavadan Peterburqa, çarın yavəri general-adyutant Aleksey İllarionoviç Filosofova göndərdiyi məktubun surətidir. Məktubu Azərbaycan ədəbiyyatında epistolyar yazı növüünün ən gözəl nümunəsi hesab etmək olar.Çünki məktub “salam”la başlayıb “sağ ol”la qurtarmır: orada bədii ifadə tərzi, obrazlılıq, yüksək mədəniyyət vardır.Yazıçı bədii dillə A.İ.Filosofova (1799-1874) rütbəsinin artırılmadığından gileylənir.
A.A.Bakıxanovun və fransızca bir qadının adını çəkir. Bu da onu sübut edir ki, zadəgan nəslindən və hərbci olmasına baxmayaraq İsmayıl Bəy Qutqaşınlı zəmanəsinin və rus çinovniklərinin müti qulu olaraq qalmamışdır: yeri gələndə o, etiraz səsini ucalda bilirdi.Eləcə də məktub ədibin A.A.Bakıxanovla dostluğuna, ən başlıcası isə onun fransız dilini bilməsinə sübutdur. Çox təəssüf ki, məktubu 2 iyul 1986-cı ildə “Elm” qəzetində çap etdirdiyimiz dövrdən xeyli keçməsinə baxmayaraq alimlərimiz hələ də onun elmi təhlilini verməmişlər. İsmayıl Bəy Qutqaşınlının həyat fəaliyyəti təkcə hərbi qulluqla məhdudlaşmamışdır. Belə ki, o, hərbi işlə yanaşı kənd təsərrüfatını da yaxşı bilirdi. O, Qafqazda ipəkçiliyin Avropa qaydasında inkişaf etdirilməsi üçün layihə hazırlamışdı və mütəxəssislər ona yüksək qiymət vermişdilər.
1952-ci il üçün çap olunan “Кавказский календаръ”ın əldə etdiyimiz fotosurətlərindən göründüyü kimi İsmayıl Bəy Qutqaşınlı Rusiya kənd təsərrüfatı cəmiyyətlərinin Qafqaz bölməsinin üzvü idi, Yazıçının kənd təsərrüfatı sahəsindəki biliyi və təcrübəsi onun “Səfərnamə” əsərində də öz əksini tapmışdır. Beləliklə, biz ikinci vitrində ədibin kənd təsərrüfatı ilə bağlı mülahizələri ilə tanış oluruq.1836-cı ildən Tiflisdə hərbi qulluğu ilə əlaqədar olaraq İsmayıl Bəy Qutqaşınlı Azərbaycanın görkəmli şəxsiyyətləri ilə dostlaşır.Bunlardan biri XIX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Natəvanın əri Xasay xan Usmiyevdir.
Ədibin indi Respublika Əlyazmaları İnstitutunda qorunan və yeganə nüsxə olan “Rəşid bəy Səadət xanım” əsərinin fransız nəşrinin ili (Varşava, 1835-ci il) qeyd olunduğu səhifədə kitabı Xasay xana bağışladığı barədə əl xəttilə yazdığı qeyd mövcuddur.Stenddə bu barədə materiallar vardır.Digər stenddə Qafqaza sürgün edilmiş dekabristlərdən Bestujev-Marlinskinin, Küxelbekerin,Odoyevskinin fotoşəkilləri göstərilir: onlar İ.Qutqaşınlının Tiflisdə yaşadığı zaman tanış olduğu yazıçılardandır.Onun bu dövrdə yaxından tanıdığı ziyalılardan biri də A.A.Bakıxanov olmuşdur.
İ. Qutqaşınlının ən yaxın dostlarından biri də görkəmli Azərbaycan yazıcısı və filosofu M.F.Axundov olmuşdur.M.F.Axundov İ.Qutqaşınlının “Rəşid bəy Səadət xanım” əsərinin fransız nəşrini oxumuş və öz təəssüratını atəşin bir dillə yazıb bildirmişdir.”Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini nə də öz kədərini gizlədə bilər.Buna görə də mən bu gün sevincimi sizə xəbər verməyə bilmərəm.Mənim şadliğımın səbəbi odur ki, başladığım işin axıra çatması haqqında məndə zərrə qədər şübhə qalmamışdır.İ zahatını gələcək münasib bir təsadüfə saxlayıram.15 mart 1846.Mirzə Fətəli”. Bu qeyd Respublika Əlyazmaları İnstitutunda qorunan və əldə yeganə nüsxə olan “Rəşid bəy Səadət xanım” əsərinin fransızca nəşrinin sonuncu səhifəsində edilmişdir və M.F.Axundovun əl xətti ilə rusca yazılmışdır (stenddə qeydin fotosurəti göstərilir).
İ.Qutqaşınlının böyük filosofla dostluğuna dair digər bir sənəd də stenddədir.Bu da Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz bölməsinin akt kitabının 1851-ci ilin dekabr ayının 29-da yazılmış səhifələrinin surətidir.Həmin gündə hər iki yazıçı çəmiyyətə üzv seçilmişlər. Biz buraya qədər İ.Qutqaşınlının həyatının yalnız iki xüsusiyətini,yəni onun hərbçi olmaqla bərabər həm də kənd təsərrüfatı mütəxəssisi kimi də tanındığını göstərdik.Bütün bunlarla bərabər elm aləmində İ.Qutqaşınlı bilikli, savadlı bir coğrafiyaçı kimi də məhşurdu.
Elmi mənbələrdən məlumdur ki, o, iki başqa çoğrafiyaşünasla birlikdə Qafqazın xəritəsini tərtib etmişdir.Xəritə Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz bölməsinin yığıncağında müzakirə olunmuş və bəyənilmişdir.Coğrafiyaşünas kimi İ.Qutqaşınlının 1852-ci ildə Məkkəyə ziyarəti zamanı yazdığı “Səfərnamə” əsəri xüsusilə diqqətəlayiqdir.Səfərə çıxmazdan əvvəl o, hökumətdən özü və arvadı Bikə xanım üçün ayrılmış təqaüdü üç il əvvəlcədən almaq üçün ərizə vermişdir.(Üçünçü vitrində həmin sənədin surəti göstərilir).Qüsursuz hərbi xidməti nəzərə alınaraq onun xahişi yerinə yetirilir.Nəhayət, İ.Qutqaşınlı arvadı Bikə xanımla Məkkəyə ziyarətə yola düşmüşdür.Ədib səfəri zamanı müşaahidə etdiklərini qələmə almış və nəticədə gözəl, oxunaqlı və olduqca maraqlı bir memar əsəri yaratmışdır.
Burada Məkkə səfərinin ilk günündən başlayaraq keçilən yerlərin, şahidi olduqları əhvalatların ardıcıl, günbəgün təsviri verilir(stenddəki xəritədə ədibin Məkkə və Mədinəyə getməsi və qayıtması marşrutu göstərilir). Səfər zamanı yazıçı Gəncədən keçərkən Nizami Gəncəvinin məqbərəsinni ziyarət edir və bu barədə kitabında yazır: “Ey Şeyx Nizami, qəbrini görüb, rəhmət oxuyub, ruhundan təvəqqe edirəm, kamalının nöqtə qədərini bizə bəxş edəsən, rütbənə çatmaq mümkün deyil” (stenddə XIX əsr Gəncəsinin ümumi mənzərəsinin fotosurəti və N.Gəncəvinin məqbərəsinin şəkli göstərilir).
Burada Məkkə səfərinin ilk günündən başlayaraq keçilən yerlərin, şahidi olduqları əhvalatların ardıcıl, günbəgün təsviri verilir(stenddəki xəritədə ədibin Məkkə və Mədinəyə getməsi və qayıtması marşrutu göstərilir). Səfər zamanı yazıçı Gəncədən keçərkən Nizami Gəncəvinin məqbərəsinni ziyarət edir və bu barədə kitabında yazır: “Ey Şeyx Nizami, qəbrini görüb, rəhmət oxuyub, ruhundan təvəqqe edirəm, kamalının nöqtə qədərini bizə bəxş edəsən, rütbənə çatmaq mümkün deyil” (stenddə XIX əsr Gəncəsinin ümumi mənzərəsinin fotosurəti və N.Gəncəvinin məqbərəsinin şəkli göstərilir).Yazıcı, böyük Xaqaninnin adıyla bağlı Mədaindən də söhbət açır:” Biz Mədaini-Salehə düşdükdən sonra xaraba qalmış kəndləri gəzib, qalanın içinə girib və üstünə çıxıb,Mədaini-Salehin səhrasını seyr etdik” (stenddə rəssam T.Tağıyevin “Mədain xərabəlari” əsərlərinin fotosurəti göstərilir).
“Səfərnamə” əsərinin məziyyətlərindən danışarkən Azzərbaycan EA-nın müxbir üzzvü, ədibin tədqiqatçısı Ə.Mirəhmədov yazzır: “İ.Qutqaşınlının “Səfərnamə”də istədiyi diı, üslub, ifadə tərzi, lüğət tərkibi oxucunu heyran qoyur.Ona heyrət eyləyirsən ki, uzun illər Rusiyanın müxtəlif şəhərlərində və Varşavada, başqa millətlərdən olan adamlar içərisində yaşamasına və 25 il hərbi xidmətdə olub əsasən rus dilində danişmasına baxmayaraq Qutqaşınlı öz ana dilinin zənginliyini, saflığını, sadəlik və şirinliyini necə məhəbbətlə qoruyub saxlamışdır (stenddə “Səfərnamə-nin əlyazmasının səhifələrinin fotosu vardır”).
Məkkə ziyarətlərindən sonra İ.Qutqaşınlının həyata baxışında, davranışında xeyli dəyişikliklər baş verir.Belə ki o, saqqal saxlamağa başlayır, dini ayinləri diqqətlə yerinə yetirir: oruc tutur, namaz qılır.Məkkə ziyarəti ilə əlaqədar olaraq Türkiyə və Ərəb ölkələrində olması, dini ayinləri icra etməsi çar hakimiyyət orqanlarında İ .Qutqaşınlı haqqında şübhələr oyadır və 1855-ci ildə onun üzərinə gizli nəzarət qoyulur (stenddə gizli nəzarət barədə arxiv sənədlərinin kserosurəti var).Uzun illər sədaqətli, qüsürsüz xidmətinə, orden və medallar almasına, dəfələrlə mükafatlandırılmasına, general-mayor rütbəsinə baxmayaraq çar hökuməti axıradək İ.Qutqaşınlıya inanmadı.
Görkəmli humanist və maarifpərvər yazıcı İ.Qutqaşınlı Şamaxıda xidmətədə olarkən Azərbaycan şairi Qasım bəy Zakirin (1784-1857) çar hökümət orqanları tərəfindən haqsız sıxışdırılmasınıın qarşısını almağa çalışır və 1849-cu ildə şairi sürgündən azad etdirir.
Bu münasibətlə Q.Zakiri İ.Qutqaşınlıya iki şer həsr edir.Bunlardan biri “Səni aləmdə ey arami can, hər kim zəlil istər, anı ziillət də bu qəmdar könlüm ayü istər”mətləi ilə başlayan qəzəl, o isə “Bu əhlidən mehribanlıq görmədim,məgər bizə ola o yandan mədət. Qutqaşın tərlanı, Şəki şahbazı, sakini-biladi-Şirvandan mədəd ” bəndi ilə başlayan qoşmadır (stenddə Q.Zakirin İ.Qutqaşınlıya yazdığı mənzum məktubun əlyazmasının, rəssam E.Rzaquliyevin “Mirzə Baxış Nadim” portretinin fotosurətləri göstərilir.Öndəki vitrində Q.Zakirin İ.Qutqaşınlıya ithaf etdiyi şerlərin çap olunmuş səhifələri (Q.Zakir. Seçilmiş əsərləri. B.,1947.səh.51-53), M.B.Nadimin 1980-cı ilin “Azərbaycan” jurnalının 7-ci nömrəsində çap olunmuş “Polkovnik İsmayıl bəyə” şeri nümayiş etdirilir.).
İ.Qutqaşınlı hərbiçi, kənd təsərrüfatı islaahatçısı, coğrafiyaşünas olmaqla bərabər həm də böyük maarifci idi.O özü mükəmməl məktəb təhsili almamışdı, çünki Azərbaycanda dünyəvi məktəblərin açılması o dövrdə hakimiyyət üçün sərfəli deyildi.Bütün bunlara baxmayaraq fitri istedadı, öz üzərində gərgin çalışması, şəxsi mütaliəsi və bacarığı sayəsində o, dövrünün görkəmli adamına çevrildi.Əlbəttə, o, azərbaycanlı balalarının bu səviyyəyə ancaq və ancaq maariflənməsi yolu ilə çata biləcəyinə inanırdı.
Zəmanəsinin böyük ziyalıları olan A.A.Bakıxanov,M.Ş.Vazeh, M.F.Axundov kimi İ.Qutqaşınlı da maarifciliyə böyük əhəmiyyət verir, xalqın bədbəxtlikdən, qaranlıqdan,ən başlıcası isə kasıblıqdan xilas olması yolunu bunda görürdü.Bunun üçün isə ilk növbədə dünyəvi məktəbləri açılmalı idi.Çar hökuməti isə ayrı-ayrı xalqların savadlanmasının tamamilə əleyhinə idi.Odur ki, məktəb açmağa maddi vəsait ayırmırdı.Belə bir zamanda İ.Qutqaşınlı Qafqaz canişininə məktub yazaraq Şamaxıda müsəlman məktəbinin binasının kirayə haqqının ödənilməsini, müəllimlərin və xidmətçilərin saxlanılması xərclərini öhdəsinə götürdüyünü bildirdi və məktəb açmağa icazə aldı.
1849- cu ildə Şamaxıda İ. Qutqaşınlı, Hacı Əhməd Sultan oğlu, Mahmud bəy Əhməd oğlu kimi ziyalıların köməyilə müsəlman məktəbi açıldı.
İ.Qutqaşınlı açdığı məktəbdə bir sıra fənləri tədris etmişdir. O, azərbaycanlı balalarına dilləri öyrətməyə, xüsusilə rus dilini mənimsətməyə çox diqqət yetirirdi ( vitirində məktəbin açılışı ilə əlaqədar sənədlərin, ədibin imzası ilə 1853- cü ildə Şamaxıda müsəlman məktəbində rus dili fənni imtahan cədvəlinin surətləri tamaşaçıların diqqətini cəlb edir.)
Hərbçi, kənd təsərrüfatı islahatçısı, coğrafiyaşünas, maarifçi olmaqla bərabər onu dünya miqyasında şöhrətləndirilən “Rəşid bəy və Səadət xanım”, “Səfərnamə” və “İki quşun söhbəti” kimi bədii cəhətdən dolğun əsərləri yaratması olmuşdur. İ. Qutqaşınlı xaricdə, həm də xarici bir dildə yazıb kitab çap etdirən ilk Azərbaycan yazıçısıdır.
“ Rəşid bəy və Səadət xanım” əsəri XIX əsrin əvvəllərində kübar ailələrdə müsbət və mənfi hallar, ağıllı, tərəqqipərvər gənclər, onların duyğuları və demokratik meylləri haqqında oxucularda canlı təsəvvür yaratmaqdadır. Bu əsər dəfələrlə Azərbaycan və rus dillərində, “Səfərnamə” nin isə birinci hissəsi 1967- ci ildə nəşr edilmişdir ( vitirində “ Rəşid bəy və Səadət xanım” əsərinin 1835- ci ildə Varşavada fıransızca nəşrinin kitab haılnda kserosurəti, Azərbaycan və rus dillərində ( 1950, 1959, 1967, 1971,1985) nüsxələri “ Səfərnamə” nin birinci hissəsində 1967- ci ildə “ Rəşid bəy və Səadət xanım” ilə birlikdə çap olunduğu kitab nümayiş etdirilir). İndiyədək cəmi iki əsəri məlum olan. İ. Qutqaşınlını tarix haqlı olaraq Azərbaycanın görkəmli simaları cərgəsinə daxil etsə də qəribədir ki, belə gözəl əsərlərin müəlifinin həyatı və yaradıcılığı uzun müddət ədəbiyyatşünaslar tərəfindən izlənilməmiş və öyrənilməmişdir.
Sağdakı stenddə və vitirində İ. Qutqaşınlının tədiqiqatçılarının fotoşəkilləri və onların elmi işləri tamaşaçılara təqdim edilir. Yazıçı ilə ilk dəfə maraqlanan Azərbaycan ədəbiyyatının ən mahir bilicisi, toplayıcısı və naşiri Salman Mümtaz olmuşdur. O, 1925- ci ildə çap etdirdiyi “Qasım bəy Zakir” kitabında İ. Qutqaşınlı haqqında ədəbi mülahizələrini də qeyd etmişdir.
Sonralar S. Mümtaz ədəbin “ Rəşid bəy və Səadət xanım” əsərini tapmış, Səlim Behbudov isə kitabı fıransızcadan Azərbaycan dilinə tərcümə etmişdir. 1936- cı ildə S. Mümtaz “ Ədəbiyyat” qəzetində İ. Qutqaşınlı və onun “Rəşid bəy və Səadət xanım” əsəri haqqında qeydlərini dərc etdirmişdi.
S. Mümtazdan sonra İ. Qutaşınlını öyrənmək sahəsində professor Mikayıl Rəfili də xeyli iş görmüşdür. Onun 1940- cı ildə çap etdirdiyi “ İ. Qutqaşınlı və onun fransız novellası” adlı məqaləsində ədibin tərcümeyi - halına , hərbi və ictimai fəaliyyətinə, ədəbi irsinə dair bir çox faktlar və sənədlərin adları, mənbələri ilk dəfə göstərilmişdir.
Akademik Feyzulla Qasımzadə İ. Qutqaşınlının həyatı və yaradıcılığını 1939- cu ildə tərtib olunmuş “ Ədəbiyyat” dərsliyinə salmışdı.
Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı Hidayət Əfəndiyevin 1963- cü ildə çap etdirdiyi “ Azərbaycan bədii nəsrinin tarixindən” kitabında İ. Qutqaşınlının “ Rəşid bəy və Səadət xanım” əsərinin ən geniş təhlilinə rast gəlirik.
Yazıçı haqqında ən sanballı tədqiqat işi aparan alimlərindən biri də Azərbaycan EA- nın müxbir üzvü Əziz Mirhəmədovdur. O, yazıçının “ Səfərnamə” əsərinin birinci hissəsini “ Rəşid bəy və Səadət xanım” əsəri ilə birlikdə 1967- ci ildə çap etdirmiş , arxiv və kitabaxanalardan İ. Qutqaşınlı haqqında əldə etdiyi məlumatlar əsasında “ Qəribə tale” sərlövhəli müqəddimə də yazmışdır.
İ.Qutqaşınlı haqqında maraqlı fikir söyləyən alimlərdən biri də millətcə polyak olan, Qdansk Universetini professoru Ancey Xodubskidir. O, İ. Qutqaşınlının Varşavada hərbi xidmət dövrünü işıqlandıran maraqlı materiallarla 1 yanvar 1981- ci ildə “ Ədəbiyyat və İncəsənət” qəzetində “ Qafqaz Sutanoviçi” adlı məqalə ilə çıxış etmişdir.
İ.Qutqaşınlının həyatı və ədəbi fəaliyyəti haqqında maraqlı materiallar əldə edən alimlərdən biri də tarix elmləri namizədi Nərmin Tahirzadədir. Onun Azərbaycan SSR EA xəbərlərinin 1968- ci ildə çıxan “Tarix, fəlsəfə, hüquq” seriyasının 3- cü nömrəsində dərc olunmuş “ Hoвые материалы о писателе и общественном деятеле Исмаилбеке Куткашенском” məqaləsinin surəti vitrində vardır.
Coğrafiya elimləri doktoru N. Kərimov İ. Qutqaşınlının Şərq ölkələrinə səyyahəti barədə maraqlı elmi- tədqiqat işi aparmış onun səyahət xəritəsini tərtib etmişdir.Vitrində N. Kərimovun İ. Qutqaşınlıdan da bəhs edən “ Odlar yurdunun səyyah – coğrafiyaşünasları kitabı göstərilir.
Həmyerlimiz filologiya elmləri namizədi Ədalət Tahirzadənin İ. Qutqaşınlının “ Səfərnamə” əsərinin ikinci hissəsinin tapılmasında,ədibin həyatı ilə bağlı materialların araşdırılmasında böyük xidmətləri vardır. Vitrində onun Məşədixanım Nemətova və Süleyman Allahverdiyevlə birlikdə “ Elm və həyat “ jurnalının 1979 – ci il 6- cı nömrəsində çap etdirdiyi “İ. Qutqaşınlının epitafiyası” məqaləsi nümayiş etdirilir.
İ. Qutqaşınli haqqında Port-Arturun məşhur müdafiəçisi, “rus artilleriyasının allahı” sayılan azərbaycanlı general- leytenant Əliağa Şixlinski ( 1865-1943) məhəbbətlə söz açmışdır “1886- cı ildə mən Bumda Qutqaşında olarkən İsmayıl bəyin çox şanlı və şöhrətli bir adam olduğunu öyrəndim”.(stenddə Ə.Şıxlinskinin fotoşəklinin və İ. Ququtqaşınlı haqqında qeydlərinin əlyazmasının surətləri göstərilir).
Rayonumuzda İ. Qutqaşınlının xatirəsini əbədiləsdirmək sahəsində xeyli tədbirlər həyata keçirilmişdir. Onun adına küçə salınmış, qəbri üzərində büstü , şəhərimizin üç yerində heykəli qoyulmuş” Gənclər” kitabxanasına adı verilmiş , xatirə ev- muzeyi yaradılmışdır.( stenddə küçənin, qəbirüstü büstün, heykəllərin , “ Gənclər” kitabxanasının fotoşəkilləri göstərilir)
Vitirində tamaşaçıların, xüsusilə alimlərin muzeyə bağışladığı kitablar yerlədirlimişdir.
İkinci otaq üzrə ekuskursiya:
İkinci otaq Xatirə otağı adlanır. İ. Qutqaşınlının dövrünə məxsus eksponatlar , xatirə əşyaları burda toplanmışdır.İ. Qutqaşınlı ilk azərbaycanlı generallardandır. Divardaxili vitrində onun general- mayor hərbi geyimi nümayiş etdirilir.
Birinci şüşə vitrində
İ.Qutqaşınlıya aid yazı lavazimatı: qələm, qələmdan, karandaş, mürəkkəbqabı, zərf üçün kağız 1836 – cı ildə nəşr olunmuş rusca- fıransızca lügət göstərilir.İkinci şüşə vitrində İ. Qutqaşınlıya və onun arvadı Bikə xanıma aid edilən xəncər , qılınc, xəncər qını , tapanca, qadın baş örtüyü, qolbaq nümayiş etdirilir. Sağ tərəfdə divarda . İ. Qutqaşınlı qardaşlarının torpaq sənədləri asılmışdır.
Stol və kreslo İ. Qutqaşınlı dövründən bu günlərədək qalmışdır. Stolun üstündə saat və Firdovsinin “ Şahnamə” əsərinin mülyajı vardır. İ. Qutqaşınlının fotoşəkli-portreti bizə gəlib çatmamışdır. Lakin Azərbaycanın xalq rəssamı, SSRİ Dövlət Mükafatı laureatı Kazım – Kazımzadə müvafiq tarixi matiralllara istinad edərək onun potertini işləmişdir. Digər üç rəsamlıq işi də onundur. Bunlar İ. Qutqaşınlının “ Rəşid bəy və Saədət xanım” əsərinə çəkilmişdir.

İ. Qutqaşınlının vaxtilə çox zəngin kitabxanası olmuşdur. O, Azərbaycan dilindən savayi rus, fars , ərəb , türk, fıransız , polyak dillərini bilirdi və kitabxanasıda da həmin dillərdə kitablar saxlayırdı. Siz qədim kitab rəfində azərbaycanca, rusca, ərəb, fars , fransızca kitabları görürsünüz. Kitabxanada əl yazma kitabları da vardır.
Üçüncü otaq üzrə ekuskursiya:
Üçüncü otaq yataq otağı adlandırılır.Burada XIX əsrin birinci yarısı üçün xarakterik olan məişət avadanlıqları toplanmışdır.XIX əsrdə hazırlanmış və bu günədək salamat qalmış taxt , sandıq, güzgü, asılqan kitab rəfi, mücrü diqqəti cəlb edir.

Dördüncü otaq üzrə ekuskursiya:
Bu otaq kütləvi tədbirlər üçün planlaşdırılsa da muzeyin ekspozisiyasının davamı kimi baxılır. Burada Azərbaycan generallarının və ədiblərinin fotoşəkilləri və kitabları nümayiş etdirilir. Onlar hərbçi və yazıçı İ. Qutqaşınlının mənəvi varisləri kimi təqdim olunur. Tez- tez bu otaqda kütləvi tədbirlər həyata keçirilir.İsmayıl bəy Qutqaşınlının xatirə ev muzeyi çox gəncdir . Lakin burada artıq 500-ə yaxın eksponat toplanmışdır. Bu ekspnotların demək olar hamısı yerli əhali və respublikamızın görkəmli alimləri muzeyə bağışlanmışdır. Muzeyin eksponatları gündən-günə artır. İ. Qutqaşınlı-nın hərbi xidməti, ictimai və ədəbi fəaliyyəti hələ də tam öyrənilməmişdir. Bu sahədəki boşluğu doldurmaq üçün Xatirə evinə toplanmış matirallar xüsusi əhəmiyyətə malikdir.Ümidvarıq ki, yaxın gələcəkdə Xatirə evi yalnız xidmət obyekti olmaqla qalmayaraq elmi- tədqiqat müəssisəsinə də çevriləcəkdir . Eksponatların qəbulu davam edir.
Xatirə ev- muzeyini alimlərdən Ziya Bünyadov, Cahangir Qəhrəmanov, Əziz Mirəhmədov, Qara Əhmədov yazıçılardan Ramin Məmmədov, Vaqif Sultanlı, Millət vəkili Fəttah Heydərov , Rövşən Ağayev, Polad Bülbüloğlu və 20-dən çox xarici ölkə vətəndaşları ziyarət etmişlər.
İ.B.Qutqaşınlı haqqında yeni məlumatlar
İsmayıl bəy Qutqaşınlının (1806-1869) vətənində yaradılan Xatirə evi üçün yeni sənədlər toplamaq məqsədi ilə rayonun bir sıra ziyalıları ölkəmizin müxtəlif şəhərlərinə göndərilmişdi. Mən də onların içərisində idim.Leninqradda müxtəlif arxiv və kitabxanalarda ədiblə bağlı bəzi dəyərli sənədlər,onun yaşayışına dair maraqlı faktlar əldə etdim.Yazıçıdan söz açan bir çox araşdırıcılar Varşavada qulluq edərkən onun “Rəşid bəy və Səadət xanim”əsərindən əlavə başqa bir kitabının da çap olunduğunu bildirirlər.
Bu fikir özlüyündə xoş olsa da, görünür ona inanmaq çox da doğru deyil, çünki bugünədək alimlərimizin gözündən yayınmış bir əsərdə -1874-cü ildə Krakovda (Polşa) nəşr olunmuş biblioqrafiya (K.Estrayxera. Polşa biblioqrafiyası. XIX əsr.II cild,174-cü səhifə) Qutqaşınlının yalnız “Rəşid bəy və Səadət xanım “əsərinin adı çəkilir. Biblioqrafiya tərtibçisinin olduqca səliqəli və diqqətli olduğunu nəzərə alsaq onda yeni əsər haqqında məlumatın düzgünlüyünə inanmaq çətindir.
Əldə etdiyimiz 21 mart 1835-ci il tarixli bir məktub da yazıçının yaşayışını işıqlandırmaq baxımından dəyərlidir. (məktubun surəti Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində 5996 nömrəli şifrə ilə saxlanılır). Qutqaşınlı bu məktubu Varşavadan general-mayor A.İ.Filosofova yazmışdır. General onu martın 24-də almış və aprelin 11-də cavab göndərmişdir.
İsmayıl bəy Qutqaşınlının ( 1806-1869) Varşavada hərbi qulluqda olarkən Peterburqa – general- mayor Aleksey İllarionoviç Filosofova ( 1799-1874) yazdığı 21 mart 1835- ci il tarixli məktubu
“ Möhtərəm cənab Aleksey İllarionoviç!
Peterburqdan bura gələn tanışlarımın söhbətlərindən qəlbən çox məmnun olaraq bildim ki, sizin mənə xoş münasibətiniz hələ də xatirinizdədir. Bu , mənim xoşbəxt ulduz altında doğulmağımlamı bağlıdır, yoxsa Araz sahillərində, Ararata, Culfa xarabalıqlarına Təbriz, Urmiya gölü sahilinə və başqa yerlərə səfərlərinizdə sizinlə yol yoldaşı olduğum o gözəl və parlaq dövr haqqında xatirələrimizləmi- deyə bilmərəm. Bəlkə də siz saqqallı iranlıları, Xaldeyli atanı, Madame La Marinelli, Məlik Qasım Mirzənin hərəmxanasının və nahayət, Xoyda birlikdə keçirdiyimiz günləri xatırlayanda həmin adamların arasında hərdənbir mənim surətim də təsəvvürünüzə gəlir, lakin necə olursa olsun, hər halda bu həssaslığımıza görə, məni andığınıza görə sizə minnətdarlığımı bildirirəm.
Bununla bərabər, sizin mənə nə mənim Asiyadan Peterburqa gələn həmyerlilərimə (xüsusən Abbasqulu Ağaya) dostcasına münasibətimiz və himayadarlığınız mənə cəsarət verir ki, bir xahişimlə sizi narahat edim.
Siz bilirsiniz ki, mən Qutqaşın dağlarında anadan olmuşam, sonra da qohumlarımı və bütün varidaıtmı orada qoyub Rusiyada xidmət etməyə göndərilən ilk müsəlmanlardan biri olmuşam.İki il yarım podpraporşik kimi canla-başla qulluq etmişəm.
İndi artıq on ikinci ildir ki, zabitəm.Bu müddət ərzində yeddi kampaniyada iştirak etmişəm... cəbhədə də olmuşam, tərcüməçi vəzifəsində də çalışmışam və nəhayət,yavər olmuşam.Rəislərim mənə qarşı həmişə diqqətli olublar,mənə səxavət göstərib ordenlərlə mükafatlandırıblar amma artıq yeddi ildirki, eyni- rütbədəyəm-poruçikəm.
Bu dövrdə iki il əsgəri xidmətdə, qalan vaxtda isə Pavlovsk Alayının Leyb Qvardiyasında olmuşam, bir ilə yaxındır ki, mənim adım siyahıda (Qvardiyanın siyahısında-X.M.) birincidir.Bu alaydakı kapitanlar hamısı cavandırlar və burada mənim haqqımda xüsusi təqdimat veriləcəyinə ümüd etmirəm.
Ümid yeri kimi sizə pənah gətirməyi qərara almışam.Əlahəzrət imperatorun mərhəmətindən, tez-tez boş vəzifələr olur, əgər bu vəzifələrə namizədlər təqdim edilərkən Siz Ali Həzrət Mixail Pavlovicə öz müsəlman dostunuz haqqında bircə kəlmə xoş söz desəniz, aprelin 29-da mən heç kəsin vəzifəsinin əlindən almadan yeni seçilənlər arasına düşə bilərəm və gələcəkdə bu lütfkarlığı doğrultmağa calışaram.Mən xidmətdə özümü xoşbəxt edirəm.Lakin mən evimizə məzuniyyətə getməliyəm, orada öz qardaşımı sevindirə bilərəm, onlar nizami qoşun mundiri geyməsələr də hərbi rütbələrə qiymət verməyi yaxşı bacarırlar.
Əgər bu Sizin üçün cox zəhmət deyilsə, lütfünüzü məndən əsirgəməyin, mənim bütün gələcək karyeram bundan aslıdır ; əks təqdirdə heç olmasa mənə bildirin ki, bunu etmək mümkün deyil.Siz sussanız, mən çox nigaran qalacam; fikirləşəcəm ki, Siz mənim bu məktubumun qarşısına cıxan hər kəsi yalvarış və rica məktubları ilə narahat edən bir adamın məktubu kimi qəbul etmisiniz və mən Sizin nəzərinizdə belə görünmək istəməzdim.
Sizə ən dərin ehtiram və sədaqət hissləri bəslədiyimə əmin olun.
İsmayıl bəy Qutqaşınlı”
(Rusca mətn “Elm” qəzetinin 02.07.1986-cı il tarixli sayında “Açılmamış səhifələr” rublikasında dərc edilib)
«Милостивый государъ
Алексей Илларионович!
По рассказам знакомых моих, приыввающих сюда из Петервурга, с душевным удоволъствием узнаю я, что по вашему доброму ко мне расположению вы сохраняете еще меня в вашей памяти. Не знаю приписатъ ли это счастливой звезде, под которою я родился, или воспоминаниями вашим о той живой и бристательной епохэ, когда я был вашим сопутником на Араксе, Арарате развалинах Джулфу, в Тавризе, в поездке по берегам Урмийского озера и прочее. Может быть образ мой мелькает иногда в вашем воображении между образами бродатых Персиан, отца халдейского, Мадами Ла Маринер среди гарема Мелик Касим-Мирзы и наконец во время Хойской нашей жизни; но как бы то ни было, я во всяком случае приношу мою чувстивителную благодарность за вашу память.
Между тем вашей прятельское распложение ко мне и покровительство, оказваемое землякам нашим (особенно Аббаскули Аге), прибываюушим из Азии в Петербург, дают мне смелость безпокоить вас просьбою.
В знаете, что я родился в горах Куткашена, где покинув родных и все, определился из число первых мусульман в русскую службу, слушил верою и правдую в два года с полдовиною подпропорщкиом. И теперь на уже двеннедцатый от офицером. В это время сделал семь кампании… будучи и во фронте, и в должности переводчика и наконец адьютантом. Всегда началники были коме внимательно я награжден орденаму щедро; но вот уже седьмой год служу в одном чине поручика.Два года считался в армейском, а осталъное время в Лейв-Гвардии Павловском полку, где состою первым около году.В этом полку капитаны все молодые и я не имею здесъ случая заслужитъ особенного обо мне представления.Решился броситъся с моею надеждою к Вам.
Одно доброе слово о мусулъманском вашем приятеле, Его Высочеству Михаилу Павловичу при представлении на ваканции,что милости Его Императорского Величества бывает весъма часто, и я могу бытъ помешенным в числе избранных 29- го апреля , не перебивая никому ваканции я постараюсъ впередъ за ылужитъ эту милостъ.Я считаю себя счастливым по службе, но мне необходимо эхатъ домой в отпуск, где могу оврадоватъ своих вратъев, которые хотя не носят мундиры регулярных войск, но весъма умеит ценитъ чины.
Если вас это оченъ не затруднит, то окажите мне сию милостъ, от которой по расчету зависитъ вся будущая моя каръера; в противном случае почтите меня по крацней мере уведомлением,что сего невозможно сделатъ.
Если вас это оченъ не затруднит, то окажите мне сию милостъ, от которой по расчету зависитъ вся будущая моя каръера; в противном случае почтите меня по крацней мере уведомлением,что сего невозможно сделатъ.
Ваше молчание меня приведет в болъшое беспокойство: я буду думатъ, что мое писъмо было принято как от такого человека, который своими плаксивыми и просителъными писъмами беспокоит всех, кто ему встречается, а я бы не хотел прослытъ таким у вас.
Примите уверение в чуствах глубочайшего почтения и преданности, с которыми я имею честъ бытъ»
«Elm» qəzeti, 02.07.1986
İ.B.Qutqaşınlının xatirə ev - muzeyinin yaradılması ilə əlaqədar material toplamaq məqsədilə Moskva və Leninqrad şəhərlərində 1985 ci ildə elmi ezamiyyətdə olrakən ədib haqında Sədnlərin və kitabların kserosurətlərini çıxartdım,yeni məlumatlar əldə etdim.Bu barədə Azərbaycan SSR EA-nın “Elm”qəzetində (02 iyul 1986),”Qəbələ”qəzetində(11,25 sentyab 1997), Ramin Məmmədovun “Qəbələ, İnsanlar, Talelər, Ziyalılar” (III katib) kitabında ətarflı məlumat verilmişdir.
Примите уверение в чуствах глубочайшего почтения и преданности, с которыми я имею честъ бытъ»
«Elm» qəzeti, 02.07.1986
GENERALIN TƏLTİFLƏRİ VƏ
MÜKAFATLARI
MÜKAFATLARI
İ.B.Qutqaşınlının xatirə ev - muzeyinin yaradılması ilə əlaqədar material toplamaq məqsədilə Moskva və Leninqrad şəhərlərində 1985 ci ildə elmi ezamiyyətdə olrakən ədib haqında Sədnlərin və kitabların kserosurətlərini çıxartdım,yeni məlumatlar əldə etdim.Bu barədə Azərbaycan SSR EA-nın “Elm”qəzetində (02 iyul 1986),”Qəbələ”qəzetində(11,25 sentyab 1997), Ramin Məmmədovun “Qəbələ, İnsanlar, Talelər, Ziyalılar” (III katib) kitabında ətarflı məlumat verilmişdir.Bu mənbələr ıçərisində generalın hərbi təltifələrini əks etdirən “Spisok generalov po starşinstvu” kitablarının 1855,1856,1860-cı il nəşrləri xüsusi yer tutur.Generalın sağlığında çıöan bu kitablarda məlumatlar arasında kiçik fərqlər olmasına baxmayaraq onun layiq görüldüyü təltiflər haqqında tam təsəvvür əldə etmək olar.
Bunlar aşağıdakılardır:
1.İllik məvacib(1828);
2.İgidliyə görə IV dərəcəli Müqəddəs Anna ordeni (1828)
3.Bantla III dərəcəli Müqəddəs Anna ordeni (1830))
4.Bantla IV dərəcəli Müqəddəs Vladimr ordeni(1831)
5.İgidliyə görə Qızıl Qılınc (1832);
6.Bantla II dərəcəli Müqəddəs Stanislav ordeni (1833);
7. Bantla II dərəcəli Müqəddəs Anna ordeni (1833);
8.Şəki əyalətində gəlirlərdən istifadə etməklə əbədi (ömürlük) olaraq kəndlər bağışlanmışdır (1836);
9.Gümüşlə haşiyələnmiş İmperator Qılıncı (1839);
10.Bir dəfəyə min rubl gümüş pul (1839);
11.İldə iki min rubl gümüş pulla ömürlük təqaüd (1841);
12.25 illiyə görə IV dərəcəli Müqəddəs Georgi ordeni (1843);
13. 25 illiyə görə III dərəcəli Müqəddəs Vladimir ordeni (1844);
14. 25 il qüsursuz xidmətə görə Fərqlənmə nişanı (1852);
15.Xarici (İran) ordenlə : Şiri-Xurşid;II dərəcəli almazla (1834).
Adını cəkdiyimiz kitabın başqa nəşrlərini yazıcıya aid səhifələrinin kserosurətləri bizdə olmadığından onun daha hansı təltif və mükafatlara layiq görüldüyü barədə söhbət aca bilmərik.
Qeyd etməyi vacib sayırıq ki, general – yazıcıdan bəhz edənlərin bir qismi ona verilmiş mükafatların və təltiflərin müəyyən hissəsi barədə məlumat verməklə kifayətləniblər.Biz isə bu görkəmli şəxsiyyətin 1860-cı ilədək aldığı təltif və mükafatların elmi mənbəyə əsasən tam siyahısını veririk.
1930-cu ilin fevral ayının 20-də Sovet hökumətinin “Kollektivləşmə və qolcomaqlara qarşı mübarizə haqqında” qəbul etdiyi qərardan sonra car dövrünün ziyalılarına, zadəganlarına qarşı amansız tədbirlər, hücümlar başladı.İsmayıl bəyin qardaşlarının övladları qorxaraq əmilərinin müqəddəs əşya kimi qoruduqları kitablarını Həmzəllidə Şıxbaba pirinə qoydular və onda qalmış hər nə varsa hamısını məhv etdilər.
Ədibin vəfatından 117 il keçdikdən sonra 1986-cı ilin sentyabr ayının 6-da fəaliyyətə başlayan Xatirə ev nuzeyi onun yaradıcılığını, həyatını XIX əsrin ədəbi aləmini və etnoqrafiyasını əks etdirir.
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin filiflı kimi fəaliyyətdə olan xatirə ev muzeyində tez-tez kütləvi tədbirlər həyata keçirilir, ekspozisiya təzələnmiş, Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və himayəsi ilə bina əsaslı təmir edilmiş, ədibin və arvadı Hacı Bikə xanımın uyuduğu sahədə abadlıq işləri aparılmışdır.






