Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

Yeni layihələr

 

   21.05.2009-cu il tarixdə Balakən rayonu Talalar kəndində Yaponiya hökümətinin Azərbaycandakı Səfirliyinin qrantı hesabına yeni inşa edilmiş tibb məntəqəsinin açılış mərasimi oldu.  Açılış mərasimini Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev etdi. O, layihənin ərsəyə gəlmə tarixcəsindən danışdı və yerli icra hakimiyyəti, səhiyyə şöbəsi və bələdiyyənin layihəyə tövhəsindən danışdı. Yaponiya ilə Azərbaycanın dostluq və iqtisadi əlaqələrindən, Yaponiya hökümətinin Azərbaycandakı Səfirliyinin təhsilə, səhiyyəyə və digər sahələrə etdiyi köməkliyindən söhbət açdı. Layihənin Talalar kəndinə, o cümlədən ətraf kəndlərə əhəmmiyətindən danışdı. Qalib Nəbiyev açılış mərasiminə gəlmiş qonaqlara və rayon ictimaiyyətinə tədbirə gəldiklərinə görə təşəkkürünü bildirdi və sözü ardıcıllıqla çıxışçılara verdi.


Asif Məmmədov:

Çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov Layihənin əhəmiyyətindən, keyfiyyətindən və əməkdaşlığın effektivliyindən söhbət açdı. O, Yaponiya Hökümətinin Azərbaycandakı Səfirliyinin respublikamızın təhsilinə, səhiyyəsinə və digər infrastruktur sahələrinə ayırdığı qrant vəsaitlərinin əhəmiyyətindən danışdı. Başçı  “Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin bu layihəni yüksək fəallıq və keyfiyyətlə yerinə yetirdiyini vurğuladı və buna görə təşkilatın direktoru Qalib Nəbiyevə öz təşəkkürünü bildirdi. Asif Məmmədov Balakən rayonunun digər kəndlərində də tibb məntəqələrinin tikintisinə ehtiyac olduğunu bildirdi və səfirlik davamlı olaraq layihələri dəstəkləyərsə Balakən rayon İcra Hakimiyyəti daima dəstək verəcəklərini bildirdi. Başçı çıxışının sonunda bu layihəni dəstəklədiyinə görə Yaponiya hökümətinin Azərbaycandakı Səfirliyinə, şəxsən cənab səfirə öz dərin təşəkkürünü bildirdi.


Doldolov Vidadi: (Rayon səhiyyə şöbəsinin həmkarlar komitəsinin sədri)

Çıxış edən rayon səhiyyə şöbəsinin həmkarlar komitəsinin sədri Doldolov Nizami layihənin kənd və ətraf kəndlərin əhalisi üçün vacib olduğunu bildirdi. O, rayon səhiyyə şöbəsinin bu layihə çərçivəsində Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin ilə əməkdaşlıqdan mənmunluğunu bildirdi. Sonda o,  Yaponiya Hökümətinin Azərbaycandakı Səfirliyinə bu dəstəyə görə təşəkkürünü bildirdi.


Hikimət Atayev:

Çıxış edən millət vəkili Hikimət Atayev bu tədbirdə iştirakına görə mənmun olduğunu bildirdi. O, ixtisasca həkim olduğunu vurğulayaraq, belə xidmət yerlərinin açılmasının əhəmiyyətindən danışdı. Millət vəkili Azərbaycanda gedən islahatlar və səhiyyə sahəsinə dövlət tərəfindən göstərilən diqqətdən danışdı. O,  Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin Yaponiya Hökümətinin Azərbaycandakı Səfirliyi ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmiş bu layihənin yüksək keyfiyyətdə olduğunu və tibb məntəqəsi üçün şəraitin yüksək səviyyədə təşkil olunduğunu bildirdi.


Hideomi Nakajima:

Çıxış edən Yaponiya Hökümətinin Azərbaycandakı Səfirliyinin müşaviri Cənab  Hideomi Nakajima rayon icra hakimiyyətinin başçısı Asif Məmmədova, Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyevə və layihənin ərsəyə gəlməsində rolu olan bütün təşkilatlara öz minnətdarlığını bildirdi.  O, Yaponiya ilə Azərbaycan arasında olan dostluq əlaqələrindən və perespektivlərdən danışdı. Cənab müşavir Yaponiya səfirliyinin regionun səhiyyəsi və təhsilinə etdiyi tövhənin vacibliyini bildirdi.  


Qalib Nəbiyev:

Sonda Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev  çıxışçılara  öz minnətdarlığını bildirdi. O, bu layihədə əməyi olan hər bir təşkilata və şəxslərə dərin minnətdarlığını bildirdi. Qalib Nəbiyev  Yaponiya Hökümətinin Azərbaycandakı Səfirliyinə bu misiyaya görə Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin adında təşəkkürünü bildirdi. Son olaraq qırmızı lentin kəsilməsini qeyd edən Qalib Nəbiyev Balakən rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Məmmədovu, Yaponiya Hökümətinin Azərbaycandakı Səfirliyinin müşaviri Cənab  Hideomi Nakajimanı və Millət vəkili Hikimət Atayevi kürsüyə dəvət etdi.


Layihəya baxış:

Qırmızı lent kəsildikdən sonra mərasimin rəsmiləri layihəyə baxış keçirdilər. Həkim otaqları ilə tanış olan rəsmilər tibb məntəqəsinin baş həkimi ilə söhbət etdilər. Otaqlar və avadanlıqlarla  tanış olan rəsmilərə və KİV-i nümayəndələri üçün layihə haqqında məlumat paylanıldı. Sonda Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin Yaponiya və layihənin tarixcəsi haqqında hazırladığı filimə baxış keçirildi. Yaponiya Hökümətinin Azərbaycandakı Səfirliyinin müşaviri Cənab  Hideomi Nakajima bir daha “Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyevə keyfiyyətli layihə və maraqlı açılış mərasimi təşkil etdiyinə görə dərin minnətdarlığını bildirdi.


Yekun:

Açılış mərasiminin sonunda Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev KİV-i nümayəndələrinə müsahibə verdi və tədbirə dəvət olunub gəldiklərinə görə təşəkkürünü bildirdi. Yekunda rayon İcra Hakimiyyətinin başçısının təşəbbüsü ilə rayonun istehsal müəssələrinə səfər olundu.