Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

Dövlət Arxivi

 

Qəbələ Rayon Dövlət Arxivi

 Azərbaycan SSR Mərkəzi İcrayyə Komitəsinin 1930-cu il  1 avqust tarixli 476-477 № -li qərarına əsasən respublikada mahal sistemi ləğv edilərək rayonların təşkil olunması ilə əlaqədar olaraq Qutqaşen dairəsi rayon adı almışdır.
1930-cu ildə yerlərdə rayon arxiv büroları təşkil edilmiş və rayon arxiv bürolarının Əsasnaməsi təsdiq olunmuşdur. Bu Əsasnaməyə müvafiq olaraq Qutqaşen rayon arxiv bürosu təşkil edilmişdir.
Azərbaycan SSR Mərkəzi İcrayyə Komitəsi  Rəyasət Heyyətinin  1934-cü il 26 mart tarixli qərarına əsasən Azərbaycan Mərkəzi Arxiv idarəsinin filialları hüququnda, rayon İcrayyə Komitələri tabeliyində olan rayon arxivləri təşkil edilmişdir.
1935-ci ilin iyun ayının 27-də SSR Mərkəzi İcrayyə Komitəsi «Rayon dövlət arxivlərinin təşkili haqqında » yeni qərar qəbul etmişdir.
Azərbaycan SSR Nazirlər Sovetinin 1963-cü il 6 iyul 487 №-li qərarına əsasən Qutqaşen rayon dövlət arxivinin  hüquq və vəzifələri  artmışdır. Bu qərara əsasən  respublikanın  bütün dövlət arxivləri  rayon İcrayyə Komitələri yanında  şöbə hüququnda  təsdiq edilmişdir.
Hal-hazırda rayon dövlət arxivləri  rayon İcra Hakimiyyətlərinin tabeliyində fəaliyyətlərini davam etdirirlər.
Respublikamızda  başqa sahələrdə olduğu kimi son illərdə arxiv işi  sahəsində  də  müstəqil dövlətlərə məxsus  yeni qanunvericilik  və normativ aktların yaranması istiqamətində  mühüm addımlar atılmışdır. Qəbələ  rayon Dövlət Arxivi Milli Məclis tərəfindən qəbul edilərək 1999-cu il iyulun 22-də   Respublika Prezidenti  ümummilli  lider H.Əliyev tərəfindən imzalanmış «Milli Arxiv fondu haqqında» qanuna uyğun olaraq öz işini qurmuşdur.
 Rayon Dövlət Arxivi Qəbələ rayon İcra Hakimiyyəti  başçısının  köməkliyi sayəsində 2006-cı ildə köhnə və heç bir şəraiti olmayan binadan, yeni binaya köçürülmüş və arxiv üçün lazimi şərait yaradılmışdır.
Rayon Dövlət Arxivində hal-hazırda idarə müəssisə  və təşkilatların arxiv fonduna  aid olan  1930-2002-ci illərə aid  200 fondda 27 minə yaxın sənəd mühafizə edilir. Sənədlər təşkilatların fondları üzrə ayr-ayrılıqda  illər üzrə komplektləşdirilərək  yığılmışdır. Həmin sənəd materialları  elmi texniki cəhətdən tam qaydaya salınmışdır ki, bu da dövlət  arxivində  olan  sənədlərdən elmi və digər  işlərdə istifadə edilməsi üçün  hərtərəfli şərait yaradılmasını təmin etmişdir. Rayonda fəaliyyət göstərən yeni yaradılmış  idarəçilik orqanlarının  sənədləri  yeni arxiv fondları yaradılaraq  sənədləşdirilir. Qəbələ rayon Dövlət Arxivi sənədlərin qəbulu onların ekspertizası, işlərin siyahılaşdırılması və nömrələnməsi işlərini iş planında nəzərdə tutulduğundan artıq yerinə yetirmişdir.
Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi sayəsində  rayon dövlət arxivi bundan sonra da müvafiq qanun və digər normativ aktları  əldə rəhbər tutaraq öz işinin  öhdəsindən laiqincə gələcəkdir.