10 saylı Ərazi Vergilər İdarəsi
Müasir vergi sisteminin formalaşdırılması sahəsində növbəti inkişaf mərhələsinə Vergilər Nazirliyinin yaradılması ilə start verildi. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli 281 nömrəli Fərmanına əsasən, Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradıldı. Vergilər Nazirliyi Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçrilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirlik ona həvalə edilmiş vəzifələri özü və ya biləvasitə ona tabe olan vergi orqanları vasitəsi ilə həyata keçirir.Vergi inzibatçılığın təkmilləşdirilməsi məqsədi ilə aparılan növbəti islahat Vergilər Nazirinin 13 noyabr 2002-ci il tarixli A-188 nömrəli əmri ilə Ərazi Vergi İdarələrinin yaranması ilə nəticələnmişdir ki, onlardan biri də 10 saylı Ərazi Vergilər İdarəsidir (ƏVİ). İsmayıllı, Qəbələ, Oğuz rayonlarını əhatə edən 10 saylı Ərazi Vergilər İdarəsinin (VÖEN-4400070571) hüquqi ünvanı AZ-3600, Qəbələ şəhəri İsmayıl bəy Qutqaşenli küçəsi 27-dir.
Ərazi koopdinasiya bölməsindən, vergi borcları, vergi ödəyicilərinə xidmət, kommersiya hüquqi şəxslərin qeydiyyatı, bəyənnamələr, audit, operativ nəzarət şöbələrindən ibarət olmaqla əlaqə telefonları 0160 50568, 0160 50569 faks 0160 50268-dir.





