Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

Qəbələ Tarix Diyarşünaslıq Muzeyi

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi haqqında

                                   M
əlumat

 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin, - Azərbaycanın, - iki min beş yüz illik tarixini əks etdirən on iki mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.

Arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq sənəti nümunələri, qədim əlyazma və çap kitabları diqqəti xüsusilə cəlb edir.


Bu mədəniyyət ocağı respublikamızın aparıcı muzeyləri, AMEA - nın elmi - tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq edir. Burada tədqiq, təbliğ, mühafizə olunan arxeoloji materiallar  əsasında namizədlik və doktorluq dissertasiyaları yazılmışdır.


Muzeydə vaxtaşırı olaraq kütləvi tədbirlər keçirilir, tarix və ədəbiyyat dərslərinin tədrisinə şərait yaradılır.

Muzeyimiz barədə üç yüzdən çox qəzet, jurnal məqaləsində bəhs olunmuş, müxtəlif televiziya kanallarında süjetlər göstərilmiş, əlliyədək kitabda məlumat verilmiş, bir neçə telviziya filmi çəkilmişdir.Muzeyin rəhbərliyi ilə İsmayıl Bəy Qutqaşınlının Xatirə ev muzeyi və şəhidlərin Xatirəsi Muzeyi, - filiallar, - yaradılmışdır və yeni filialların təşkili sahəsində iş gedir.

Muzey 2004-cü ildə bu binaya köçürülmüşdür.


 Muzeyin doqquz yüz kvadratmetrlik binası, bir hektar torpaq sahəsi, 13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalareyası, zəngin elmi kitabxanası, qədim daş abidələrdən açıq səma altında təşkil olunmuş sərgi meydançası vardır.


 Azərbaycan SSR Mədəniyyət Nazirinin 03 iyun 1980-ci il tarixli 244 nömrəli əmri ilə 15 may 1980 -ci ildən muzeyin ilk direktoru təyin olunan Xalis Xalid oğlu Məmmədov Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülmüş, əməkdaşlara Mədəniyyət Nazirliyindən pul mükafatı verilmiş, təşəkkürlər elan edilmişdir.


 Rəy kitablarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, akademiklərdən Ziya Bünyadovun, Qara Əhmədovun, Budaq Budaqovun, Mirməmməd Cavadzadənin, Cahangir Qəhrəmanovun, sənətçilərdən Rəşid Behbudovun, Əbülfət Əliyevin, Hacıbala Bağırovun, Habil Əliyevin, millət vəkillərindən Fəttah Heyudərovun, Zəlimxan Yaqubun, Bəxtiyar Əliyevin, yazıçılardan Bəxtiyar Vahabzadənin, Əkrəm Əylislinin, vəzifəli şəxslərdən Hidayət Orucovun, Seyfəddin Qəndilovun , Kəmaləddin Heydərovun, Namiq Abbasovun, Vilayət Quluyevin, Həsən Həsənovun, Səfər Əbiyevin, Polad Bülbüloğlunun, Ədalət Vəliyevin, xarici qonaqlardan Tur Heyerdalın, Oljas Süleymanovun, Əhməd Şmidenin (Hans Peterin) , Qətərin müdafiə nazirinin, Litvanın Ədliyyə nazirinin , İslam konfransı təşkilatının baş katibinin, ABŞ-ın, Misirin, İraqın fövqəladə və səlahiyyətli səfirlərinin muzeyin səmərəli fəaliyyəti barədə xoş sözləri yazılmışdır.