Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

Xüsusi hökumət

Məmmədov Əhmədiyyə Həşim oğlu

 1935-ci ildə Qutqaşen rayonunun Xırxatala kəndində müəllim ailəsində anadan olub.

1952-ci ildə, Şəki Dövlət İki illik müəllimlər İnstitutunun fizika-riyaziyyat fakultəsinə daxil olub, 1954-cü il sentyabr ayında Qəmərvan 7 illik məktəbinə fizika riyaziyyat müəllimi təyin olunub.

1956-cı il sentyabr ayında Xırxatala kənd 7 illik məktəbinə müəllim təyin olunub.

1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub, 1960-cı ildə həmin məktəbə dərs hissə müdiri, 1962-ci ildən isə həmin məktəbə direktor təyin olunub.

1962-ci ildən 1983-cü ilə qədər Xırxatala orta məktəbində (müəllim) direktor vəzifəsində çalışmış, 1983-cü il may ayından (18-dən) Qutqaşen rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

1993-cü il sentyabr ayının 15-də YAP Qəbələ RT sədri seçilmişdir.

1994-cü il sentyabr ayının 5-dən Qəbələ rayon İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində çalışmışdır.

III dərəcəli vətənə xidmətə görə orden ilə təltif olunmuşdur. 08 dekabr 2007-ci il tarixdə dünyasını qəyişmişdir.

Səmədov Səməd Cəlil oğlu

27 may 1937-ci ildə Qəbələ rayonunun Mıxlqovaq kəndində anadan olub.

1956-cı ildə orta məktəbi bitirdikdən sonra həmin ildə Bakı Maliyyə-Kredit Texnikumuna daxil olub.

1962-ci ildə S.M.Kiror adına Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakultəsinə daxil olmuş və 1962-1965-ci illərdə Qutqaşın rayon sanitar xəstəxana birləşməsində mühasib, 1965-1967-ci illərdə rayon Maliyyə şöbəsində inspektor, 1967-1974-cü illərdə rayon XDS-icrayyə Komitəsində plan komissiyasının sədri, 1974-1982-ci illərdə rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1982-1991-ci illərdə rayon XDS İcraiyyə komitəsinin sədri, 1991-1992-ci illərdə Qəbələ Rayon Icra Hakimiyyəti Başçısının Qəbələ şəhəri üzrə səlahiyyətli nümayəndəsi, 1993-1994-cü illərdə Rayon əmək və məşğulluq mərkəzində baş mütəxəssis, 1994-cü ilin sentyabr ayından 2008-si ilin noyabr ayına kimi Qəbələ Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Sosial-İqtisadi məsələlər şöbəsinin müdiri, RİH Başçısının müavini vəzifəsində çalışıb. Hal-hazırda təqaüdçüdür.

Təltifləri

1970-ci ilin aprel ayında yubiley medalı, 1971-ci ildə SSRI plan orqanlarının 50-illiyi ilə əlaqədar yubliey medalı 2008-ci ilin iyun ayında Dövlət qulluğunda fərqlənməyə görə medal ilə təltif olunmuşdur.

Ailəlidir 5 övladı var.
 
 
 
Ağayev Əliş Ağa oğlu


 
 1942-ci ilin may ayının 15-də Azərbaycan SSR Qutqaşen rayonun Qutqaşen kəndində kolxozçu ailəsində anadan olmuşdur.

1949-50-ci tədris ilində Qutqaşen rayonunun 7-illik məktəbin birinci sinifinə daxil olan Ə.Ağayev təhsilini 1956-cı ildə Qutqaşen rayon Nizami adına orta məktəbin səkkizinci sinifinə daxil olaraq davam etdirmiş, 1959-cu ildə orta məktəbi bitirmişdir.

Həmin ildə Şəki tibb məktəbinə daxil olan Ə.Ağayev 1962-ci ildə feldşer ixtisasına yiyələnərək 1962-ci ilin aprel ayından Qutqaşen rayon sanitar xəstəxana birləşməsində sanitar həkim köməkçisi vəzifəsində işləməyə başlamışdır.
1962-ci ilin noyabr ayının 20-də Sovet Ordusu Sıralarına hərbi xidmətə yola düşən Ə.Ağayev  1965-ci ilin iyul ayında  hərbi xidməti başa vurmuşdur.

Hərbi xidmət dövründə ali təhsil müəssisəsinin hazırlıq kursuna hazırlaşan Ə.Ağayev ali təhsil müəssisəsinə sənədlərini təqdim etmişdir.

1965-ci ildə Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Biologiya fakültəsinə daxil olaraq, 1969-cu ildə institutu orta məktəbin biologiya müəllimi ixtisası üzrə bitirib müəllim ixtisasına yiyələnmişdir.
1969-cu ildə 2 saylı orta mətəbə biologiya müəllimi təyin olunan Ə.Ağayev 18 avqust 1969-cu il tarixdə irəli çəkilərək Rayon Partiya Komitəsində təlimatçı vəzifəsinə çalışmağa başlamışdır.

1974-cü ildə rayon Partiya Komitəsi Siyasi Maarif Kabinetinin müdiri, 1979-cu ildə rayon Partiya Komitəsinin ümumi şöbəsini müdiri vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.

1991-ci ildə sentyabr ayından dekabr ayına kimi rayon Xalq Təhsil şöbəsində metodist, 1992-ci ilin yanvar ayından Qəbələ Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləməyə başlamışdır.
10 avqust 1995-ci il tarixdən rayon icra hakimiyyətinin Ümumi şöbəsində kadrlar üzrə böyük müfəttiş daha sonra RİH-də böyük inspektor vəzifəsində işləyən Əliş Ağayev 12 sentyabr 2001-ci il tarixdən Qəbələ şəhər inzibati ərazi üzrə səlahiyyətli  nümayəndənin  müavini vəzifəsində çalışır. Ailəlidir 1 övladı var.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2009-cu il tarixdə imzaladığı Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxslərin təltif olunması ilə əlaqədar "Dövlət qulluğunda fərqlənənməyə görə" medalı ilə təltif olunmuşdur.