Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

DSMF Qəbələ rayon şöbəsi

Azərbaycan Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
Qəbələ rayon şöbəsi

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında» 30 sentyabr 1992-ci il tarixli 233 saylı Fərmanı ilə  yaradılmışdır.

Ünvan: AZ-3600 Azərbaycan Respublikası, Qəbələ şəhəri, H.Əliyev küçəsi - 31

Fəaliyyət göstərdiyi inzibati ərazi: Azərbaycan Respublikası, Qəbələ rayonu

Tel: 0-160-5-06-98; 0-160-5-06-99
Faks: 0-160-5-06-99
VÖEN - 4400065531
İşçilərin sayı – 27 nəfər

DSMF Qəbələ rayon şöbəsi, Azərbaycan Respublikası Qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, AR Nazirlər Kabinetinin qərarları, DSMF-nin əmr və sərəncamlarını rəhbər tutaraq, Qəbələ rayonu ərazisində məcburi dövlət sosial sığortası, sığortaolunanların fərdi uçotunun təşkili, əmək pensiyalarının təyini və ödənilməsi sahəsində fəaliyyət göstərir.

Əsas vəzifə və funksiyaları:

  • dövlətin sosial sığorta və pensiya sahəsində həyata keçirdiyi siyasətin, fəaliyyət göstərdiyi ərazi üzrə icrasında iştirak etmək;
  • səlahiyyətləri daxilində hüquqi şəxslərdən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən, eləcə də, sığorta olunanlardan qanunvericiliklə müəyyən olunmuş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasını təşkil etmək;
  • səlahiyyətləri daxilində  məcburi dövlət sosial sığortası, sığortaolunanların fərdi uçotunun təşkili və pensiya sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək;
  • sığortaolunanların fərdi uçotunun təşkili;
  • rayon ərazisində pensiyaların və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin  təyin edilməsi və ödənişinin maliyyələşdirilməsi işini həyata keçirmək.
  • Hüquqları:
  • işəgötürənlərdən məcburi dövlət sosial sığortası (MDSS) üzrə işçilərin sığorta edilməsini tələb etmək;
  • sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdən (işəgötürənlərdən) arayış almaq;
  • öz səlahiyyətləri daxilində MDSS qaydalarına sığortaedənlər tərəfindən əməl olunmasına nəzarət etmək;
  • MDSS qaydalarının pozulmasına görə sığortaedənlərə maliyyə sanksiyaları tətbtq etmək;
  • hüquqi şəxslərdən və fərdi sahibkarlardan MDSS –ə aid olan məlumatları və sənədləri tələb etmək;
  • işəgötürənlərdən dövlət sosial sığorta sistemində fərdi uçot qanunvericiliyində müəyyən edilmiş məlumatların vaxtında və düzgün təqdim olunmasını tələb etmək və həmin məlumatların düzgünlüyünü yoxlamaq.
        Foto şəkillər