ƏSMM Qəbələ rayon şöbəsi
Qəbələ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanıdır. Büdcə təşkilatıdır,Qəbələ şəhəri 28 may küçəsi -130 ünvanında yerləşir. Mərkəzdə lakal kompüter sistemi quraşdırılmışdır Bu da öz növbəsində Mərkəzin işinin günün tələblərinə cavab verməsində köməklik göstərir.Belə ki, mərkəzə daxil olan bütün müavinət işləri internet vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradilmış mərkəzləşdirilmiş bazaya ötürülür. Mərkəzin 24 nəfər işçisi var. 3 sektordan ibarətdir.Ünvanlı Sosial Yardım və Sosial Müavinətlər sektoru, mühasibat uçotu sektoru və sosial məişət xidməti sektoru.. Ünvanlı Sosial Yardım və Sosial Müavinətlər sektorunda müxtəlif kataqoriyadan olan əhaliyə xidmət göstərilir.Bunlara aşağıdakılar daxildir:- Dövlət qulluqçularına ömürlük müavinət.
- Yaşa görə müavinət.
- Əlilliyə görə müavinət.
- Sağlamlıq imkanları məhdud 18 yaşadək əlil uşaqlara müavinət.
- Ailə başçısını itibməyə görə müavinət.
- Kommunal , nəqliyyat və digər xidmətlərə görə müavinət.
- Bəzi kateqoriyalı ailələrin uşaqlarına təyin olunan aylıq müavinətlər
- Birdəfəlik müavinətlər
- Şəhid ailələrinə və Qarabağ Müharibəsi Əlillərinə verilən Prezident təqaüdü.
- Fəxri adlara görə təqaüdlər.
- Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı.
Sosial məişət xidməti sektorunda Qəbələ rayon ərazisində olan tənha, ahıl,əlillərə sosial məişət xidməti göstərilir.
Hal-hazırda Mərkəzdə 2305 hərəkətdə olan sosial müavinət işi və 830 ünvanlı dövlət sosial yardımı alan ailə var.
Hal-hazırda Mərkəzdə 2305 hərəkətdə olan sosial müavinət işi və 830 ünvanlı dövlət sosial yardımı alan ailə var.
01.07.2009






