Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

Qəbələ Dövlət Rəsm qalareyası

Qəbələ Dövlət Rəsm Qalareyası 2006-cı il fevral ayının 1-dən fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 16 yanvar 2006-cı il tarixli №32 nömrəli əmri ilə Azərbaycan Dövlət Rəssamlıq məktəbinin məzunu rəssasm Ağayev Malik Paşa oğlunu Qəbələ Dövlət Rəsm Qalareyasına direktor təyin etmişdir. Qalareya Qəbələ rayon mədəniyyət evində yerləşir ümumi sahəsi 400 kv metirdir.Sərgi salonun sahəsi 280 kv metirdir.Qalareya yüksək səviyyədə təmirlidir, döşəməsi, iş otaqları müasir avadanlıqla və mebeli lə təmin edilmişdir.

Qalareyanın IV qrupp ştat cədvəli üzrə 10 nəfər işçisi var bunlardan 3 orta ixtisas və 6 orta təhsillidir.

Qalareyanın fondunda Azərbaycanın tanınmış rəssamlarının və yerli rəssamların əsərlərindən ibarət 125- ədəd rənkarlıq və qrafika əsərləri tətbiqi sənət nümunələrindən 35 ədəd xalça, paltar 22 ədəd duluzculuq qabları, 23 ədəd ağac üzərində oyma işləri 270 qədər foto şəkil müxtəlif tikmə işləri var.Bunlardan 16 ədəd rənkarlıq əsərini Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qalareya daim olaraq verilmişdir.12 ədəd rənkarlıq və 5 ədəd qrafika əsərini isə Dövlət Rəsm Qalareyası tərəfindən 2 illik nümayiş olunmaq üçün Qalareyaya verilmişdir.

Qalareyanın iş fəaliyyəti əsasnaməyə uyğun illik prespektiv iş planı əsasında qurulur və müxtəlif tədbirlər və sərgilər keçirilir.

Məs: «1 dekabr Ümumdunya AİDS-lə mübarizə» günü münasibəti ilə əlaqədar ümumtəhsil orta məktəb şagirdlərinin əsərlərindən ibarət müsabiqəli sərgi Azərbaycan doğma yurdum mənim mövzusunda yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi « Təbiəti necə qorumalı» ümumtəhsil orta məktəb şagirdlərinin rəsm müsabiqəsi sərgiləri və.s keçirilmişdir.

Qalareyanın nəzdində Rəsm studiyası fəaliyyət göstərir