Görüləcək işlər
- Yetkinlik yaşına çatmayanların qanunazidd əməllərinin qarşısının alınması üçün profilaktik tədbirlərin hazırlanması barədə RİH yanında YYÇ-in işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın aidiyyatı təşkilatlarla birgə iclasının keçirilməsi.
- Rayonda yaşayan kimsəsiz və qəyyumluğa götürülən yetkinlik yaşına çatmayanlar haqqında müvafiq məlumatların toplanması.
- Məktəbəqədər tədris müəssisələrinin, uşaq bağçalarının fəaliyyəti və bu işin yaxşılaşdırılması məqsədilə araşdırmaların aparılması.
- Məktəbəqədər tədris müəssisələrinin, uşaq bağçalarının fəaliyyəti və bu işin yaxşılaşdırılması məqsədilə araşdırmaların aparılması.
- Məktəblərdə yeniyetmələrin mənəviyyatına xələl gətirən bir çox mənfi halların- narkomaniya, spirtli içkilər və tütün məmulatlarının zərərləri, sağlam həyat tərzinin təbliği, irsi və cinsi yolla yolla keçən xəstəliklər, erkən yaşda hamiləliyin mənfi nəticələri barədə azyaşlıların təlimatlandırılması.
- Yoxsul və kasıb ailələr üçün tibbi patronaj sisteminin təşkil edilməsi və vaksinasiyaların aparılması vəziyyətinin öyrənilməsi.






