Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

Yetkinlik yaşına çatmayanlarla iş

Qəbələ Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya 2002-ci il 31 may tarixli, 336-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyalar haqqında əsasnaməyə əsasən fəaliyət göstərir. Komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışlarına nəzarət etməkdən, qanunazidd əməllərinin qarşısını almaqdan, göstərilən məsələrdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyət formasından asılı olamayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir.

Komissiya Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş iş planına uyğun olaraq öz işini qurur.

Yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin, sağlamlığının qorunması, həyat şəraitinin yaxşılaşdırılması, tərbiyəsi, təhsili, istirahət vaxtının səmərəli keçirilməsinə nəzarət məqsədi ilə rayonun ümumtəhsil məktəblərində və məktəbəqədər tərbiyə müəssisələrində müntəzəm olaraq yetkinlik yaşına çatmayanlarla görüşlər keçirilmişdir. Keçirilən görüşlər zamanı yetkinlik yaşına çatmayanlara sağlam həyat tərzinin təbliği, irsi və cinsi yolla keçən xəstəliklər, zərərli maddələrdən sui-istifadə, erkən yaşında hamiləliyin mənfi nəticələri, tütün məmulatları və spirtli içkilərdən istifadənin zərərləri, narkomaniya və yeniyetmələrin mənəviyatına xələl gətirən bir çox mənfi hallar barədə məlumatlar verilmişdir. Məktəblərdə milli mənəvi dəyərlərin qorunması, tariximiz və mədəniyyətimizin öyrənilməsinə dair müntəzəm olaraq seminarlar keçirilmişdir.

Cari ilin iş planına müvafiq olaraq komissiya müntəzəm olaraq iclaslarını keçirmiş, daxil olmuş materialları müzakirə edərək müvafiq qərarlar vermişdir. Cari ilin 6 (altı) ayı ərzində cinayət törətmiş, lakin, cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qnunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmamışlar barəsində rayon Polis Şöbəsi tərəfindən komissiyaya, tərbiəvi xarakterli tədbir görmək məqsədilə göndərilən 1 (bir) material daxil olmuşdur. Həmin materiala komissiyanın iclasında iştirak etməli olan şəxslərin iştirakı ilə baxılmış, cinayət törətmiş yetkinlik yaşına çatmayana intizam təsir tədbiri məqsədilə xəbərdarlıq edilmişdir.  Yetkinlik yaşına çatmayanin üzərində təhsil aldığı müəssisədə hami tərbiyəçi təyin edilmişdir. Yetkinlik yaşına çatmayanın valideyinə də xəbərdarlıq edilmiş və bir daha belə qnunazidd hərəkətlərin baş verməməsi üçün uşağın üzərində nəzarəti gücləndirmək tapşırılmışdır.

Yetkinlik yaşına çatmayanların qanunazidd əməllərinin törədilməsi səbəblərini öyrənmək və aradan qaldırmaq məqsədilə yetkinlik yaşına çatmayanın da komissiyanın iclasında  iştirakı təmin edilmiş, ondan baxılan məsələ barəsində məlumat və izahat alınmışdır.

Komissiya, əhali arasında hüquqi biliklərin təbliği ilə əlaqədar müntəzəm olaraq iş aparır. Cari ildə rayonun Vəndam, Bum və Nic qəsəbələrində əhali ilə hüquq mühafizə orqanlarının görüşü keçirilmişdir. Görüşdə komissiya üzvləri iştirak və çıxış etmişlər.

Qəbələ rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən komissiyanın fəaliyyətinə daim nəzarət edilir. Görülmüş işlər barədə rayon İcra Hakimiyyəti başçısının yanında şura yığıncaqlarında məsələlər müzakirə edilmiş və komissiyanın fəaliyyətinin daha yaxşı təşkili üçün tapşırıq tövsiyyələr verilmişdir.

Fotoqalereya