Şahmat məktəbi
Qəbələ rayon Şahmat məktəbi 1986–cı il mart ayında istifadəyə verilib. Məktəb İsmayıl bəy Qutqaşınli küçəsi 40 saylı ünvanında yerləşir.
2007/2008-ci dərs ilində məktəbə 369 şagird cəlb olunub. Bu şagirdlər 27 qrupda komplektləşdirilib. Bu qruplarda 14 nəfər məşğçi müəllim məşğul olur. Qrupların 7–si Vəndam qəsəbəsində, 2 qrup Tüntül kəndində, 2 qrup Zarağan 2 saylı orta məktəbdə qalan 16 qrup isə şəhər 1, 2, 3, 4, 5 saylı orta məktəblərdə yerləşir.
Müəllimlərdən 1 nəfəri şahmat üzrə idman ustası, 2 nəfəri şahmat ustalığına namizəd, 11 nəfəri isə I dərəcəli idmançılardır.
Rayonda şahmata marağın artırılmasında, məktəblilərin bu idman növünün öyrənilməsində yaxından iştirak edən idman ustalığına namizəd Kamran Abışovu, ustalığa namizəd Ərrəhman Abdulkərimovu, birinci dərəcəli idmançılardan Numeyla Məmmədovanı, Sabirə Məmmədovanı, Məlahət Mərəmmədovanı və başqa məşqçi-müəllimlərin fəal işini qeyd etmək olar.
Məktəbin kollektivi yaxşı işlərinə görə 2005–ci tədris ilində Təhsil Nazirliyinin diplomuna, 2008-ci ildə isə Qəbələ rayon Gənclər və İdman idarəsinin Fəxri Fərmanına layiq görülmüşdür.
Bundan başqa məktəbimizin şahmatçısı Abdulkərimli Şəlalə Ərrəhman qızı Həştərxanda, Moskvada, İspaniyada, Yunanıstanda və s. beynəlxalq turnirlərdə iştirak etmiş, Azərbaycanı layiqincə təmsil edərək diplom, hədiyyə və s. mükafatlara layiq görülmüşdür.

Əbdülkərimli Şəlalə Ərrəhman qızı
1994-cü ildə Qəbələ rayon Tüntül kəndində ziyalı ailəsində anadan olub. 2001-ci ildə Tüntül kənd orta məktəbinin İ sinfinə qəbul olunub. Hazırda həmin məktəbin VIII sinfində oxuyur.
1998-ci ildə Şahmat məktəbində keçirilən yarışda 10 yaşa qədər qızlar arasında birinci yerə layiq görülüb. 2000-ci ildə Quba şəhərində keçirilən 16 yaşa qədər şahmatçıların olimpiadasında ən gənc şahmatçı kimi yer tutub, fəxri fərmanla təltif olunub.
2007-ci ildə Rusiya Federasiyasının Həştərxan vilayətində keçirilən beynəlxalq turnirində 16 yaşadək qızlar arasında III yer tutduğuna görə bürünc medal və diplomla təltif olunmuşdur.
2007-ci ilin iyununda Moskva şəhərində keçirilən məktəblilər arasında Dünya birinciliyinin seçmə turnirində II yeri tutaraq II dərəcəli diplom, gümüş medal və kubokla təltif olunub.
2007-ci ilin avqustunda İspaniyada keçirilən Joze Roşanın xatirəsinə həsr olunmuş XII Beynəlxalq açıq turnirində iştirak edib və II yerə layiq görülərək diploma layiq görülmüşdür.
Fotoqalereya