Texniki yaradıcılıq mərkəzi
Qəbələ rayon Texniki yaradıcılıq mərkəzi 1984-cu ilin iyul ayında gənc texnikilər stansiyası adı ilə fəaliyyətə başlayıb.Mərkəz hazırda şəhər 4 saylı orta məktəbin keçmişki yataqxana korpsunda 3 mərtəbədə yerləşir.Hazırda Mərkəzdə 8 nominasiya uzrə 62 dərnək fəaliyyət göstərir
- Elektrotexnika
- Radiotexnika
- Kimyaçı-texnoloq
- Əyləncəli Fizika
- Gənc dizayner
- İnformatika
- Bacarıqlı əllər
- İbtidai texniki modelləşdirmə

62 dərnək fəaliyyət göstərir.
Mərkəzdə 35 nəfər dərnək rəhbəri çalışır ki onların 29 nəfəri mərkəzin ştatlı işçisi 6 nəfəri məktəblərdə dərs saatı az olan saat hesabı muəlimlərdir.İşçilərin 18 nəfəri ali təhsilli 9 nəfəri orta ixtisas təhsilildir 2 nəfəri qiyabi 5 kursla oxuyur.
Mərkəzin direktoru İsayev Muxtəsər Əbulqasım oğlu Ali təhsilli YTF əmək muəllimi 2007-ci ilin may ayından Mərkəzə rəhbərlik edir.
Mərkəzin dərnəkləri rayonun 14 orta məktəblərinin nəzdində təşkil olunub üzvlərinin sayı 930 nəfər.
Mərkəzin dərnək üzvlərinin əl işləri 2001-ci ildən başlayaraq hər il zona və Respublika baxış musabiqəlirində fərqləndirici yerləri qazanmış diplomlarla və qiymətli hədiyyələrlə layiq bilinmişdir.





