Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

Muəllimlər

Əzizli Fərman Məhəmməd oğlu.

1945-ci ildə anadan olub.
1953-cü ildə Qəbələ şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə qəbul olunub.
1965-ci ildə Qəbələ rayon Fəhlə gənclər məktəbinin axşam şöbəsini bitirib.
1965-1967-ci illərdə əmək fəaliyyəti ilə məşğul olub.
1967-ci ildə A.D.P.U-lə daxil olub.
1971-ci ildə inistitutu  bitirib.
1971-ci ildən 1977-ci ilə kimi şəhər ibtidai məktəbində sinif müəllimi vəzifəsində işləyib.
1977-ci ildən şəhər internat orta məktəbində tərbiyəçi müəllim.
1978-ci ildən 1980-ci ilə kimi direktor müavini.
1980-1984-cü illər Rayon Maarif İşçilər evində direktor.
1984-2003-ci illər Şəhər 4 saylı orta məktəbində direktor müavini.
2003-2005-ci illərdə Təhsil Şöbəsində metodist.
2005-ci ildən bu günə kimi şəhər 4 saylı orta məktəbində direktor vəzifəsində çalışır.
1995-2001-ci illərdə rayon Müəllimlər şurasının sədri vəzifəsində işləmişdir.20-dən artıq məqalənin müəllifidir.
1979-cu ildə Respublikanın Qabaqcıl Maarif Xadimi döş nişanı verilmışdir.
1984-cü ildə Metodist müəllim adına layiq görülüb.2 dəfə müəllimlər qurultayının nümayəndəsi olmuşdur.
2008-ci il 3 oktyabr Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüşdür.

Səfərəliyev Nizami Əziz oğlu

1951-ci ildə Qəbələ rayonu Zarağan kəndində kolxozçu ailəsində doğulmuşam.1958-1968-ci illərdə Zarağan kənd orta məktəbində oxumuşam. 1969-1973-cü illərdəGəncə Dövlət Universitetinin riyaziyyat fakultəsini bitirmişəm.1973-cü ildən Aydınqışlaq məktəbində, 1978-ci ildən isə Zarağan kənd orta məktəbində riyaziyyat müəllimi işləyirəm. 2001-ci ildən Zarağan kənd 1 saylı orta məktəbində direktor vəzifəsində çalışıram.İşlədiyim müddətdə təşəkkürlər almışam. 2005-ci ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı və2006-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.Hal-hazırda Zarağan 1 saylı orta məktəbin direktoruyam.

Adimova Firəngiz Fətəli qızı
 
1971-ci ildə Qəbələ rayonunun Çarxana kəndində kolxozçu ailəsində anadan olub.1978-ci ildə Çarxana kənd əsas məktəbinin 1-ci sinifinə qəbul olunub.1988-ci ildə Hacallı kənd orta məktəbini bitirib.1992-ci ildəGəncə Dövlət Pedoqoji Universitetinin Pedoqoji fakultəsinə qəbul olunub.19961-ci ildən Çarxana kənd orta məktəbində ibtidai sininf müəllimi işləyir.

Kərimova Bulqeys Zümür qızı.

1957-ci ildə anadan olub. 1964-cü ildə  Şəhər 1 saylı orta məktəbin 1-ci sinifinə qəbul olunub.1974-cü ildə orta məktəbi bitirib..1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin fizika fakultəsində oxuyub.1979-cu ildən Qəbələ şəhər 1 saylı orta məktəbində fizika müəllimi işləyir.

2005-ci ilin oktyabr ayından “Respublikanın Əməkdar müəllimi”dir.