Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

İdman və gənclər siyasətı

Qəbələ rayon Gənclər və İdman idarəsinin 2008-ci ilin tədbirlər planına uyğun olaraq 01.09.2008-ci il tarixdə bədən tərbiyəsi və idman sahəsində 38 tədbir həyata keçirilmişdir. Keçən 9 ay ərzində 265 nəfər yeniyetmə və gənc idmanın futbol, şahmat, sərbəst güləş, daşqaldırma, taekvondo, atletika növlərində rayon və respublika miqyaslı yarışlarda kütləvi idman dərəcəsi normasını ödəmişlər.

İdarə tərəfindən il boyu idman növləri üzrə müxtəlif birinciliklər, spartakiadalar və turnirlər keçirilir. Daha yaxşı nəticə göstərən komandalar və idmançılar Respublika yarışlarında iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Futbolun İnkişafına Dair Dövlət Proqramı”na (2005-2015) uyğun olaraq “Qəbələ” futbol klubunun nəzdindən 1991-1997-ci il təvəllüdlü yeniyetme və gənclərdən ibarət futbol bölmələri fəaliyyət göstərir. Bölmələrdə rayonun müxtəlif qəsəbə və kəndlərindən cəlb olunmuş 150 nəfər yeniyetmə futbol idman növü ilə məşğul olur. 17 yaşlılardan ibarət futbol komandamız Respublika birinciliyinə çıxış edir. Klub üzvlərin məşqləri Qəbələ şəhəri, Nohurqışlaq, Haccalı və Əmili kənd stadionlarda keçirilir.

Azərbaycan Taekvando Federasiyasının Qəbələ rayonunda bölmələri fəaliyyət göstərir. Əzizov Xəyal Rəşid oğlunun rəhbərliyi altında 80 nəfərdən ibarət yeniyetmə və gənclərdən ibarət qızlar və oğlanlar  komandası bu idman növü ilə məşğul olur. Taekvondoçulular Qəbələ şəhərində yeni istifadəyə verilmiş “Otelçilik və Turizm”  Peşə Tədris Mərkəzinin idman zalında fəaliyyət göstərir. İdmançılarımız vaxtaşırı olaraq rayon və respublika miqyaslı yarışlarda nümunəvi nəticələr göstərir.