QHT
Azərbaycan MQF Qəbələ Regional Qeyri-Hökumət təşkilatları Resurs və Təlim Mərkəzi(R-QRTM)
Təşkilat haqqında məlumat:
Mərkəz 07 sentyabr 2001-cü ildə BMT/QRTM-in Azərbaycan hökuməti ilə birgə layihəsi çərçivəsində ölkənin 5 rayonunda regional olaraq formalaşdırılmışdır. Bu mərkəzlər Qəbələ, Şəmkir, Şirvan, Mingəçevir və Quba rayonlarındadır. Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi 12 rayonu əhatə edir. Bu rayonlar Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Göyçay, Ağdaş, Oğuz, Şəki, Qax, Zaqatala və Balakəndir. Mərkəzin bu rayonların hər birində rayonda fəaliyyət göstərən QHT koalisiyasını təmsil edən bir koordinatoru təmsil olunur. Rayon koordinatorları fəaliyyət göstərən QHT-lərin işini koordinasiya edir və bu sahədə təlim və tədris işləri həyata keçirir.
Ünvan: AZ 3600, Qəbələ rayon 28 may küçəsi 42
Direktor: Nəbiyev Qalib Təsim oğlu
Əlaqə telefonları: (050) 338 40 67,(055) 338 40 67
E-mail: q_nabiyev@yahoo.com
q_nabiyev@hotmail.com
1. Təşkilatın məqsədi
MQF Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi 07 sentyabr 2001-cü ildə təsis edilmişdir. Mərkəzin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin sosial, iqtisadi vəziyyətinin, maddi rifahının yaxşılaşması, əhalinin aztəminatlı hissəsinin, o cümlədən, qaçqın, köçkün, əlil və müharibə veteranlarına xidmətlərin göstərilməsi, əhalinin maddi vəziyyətinin yaxşılaşması üçün yeni iş yerlərinin açılmasına yardım, xeyriyyə tədbirləri keçirmək, ölkə daxilində və xaricdə fəaliyyət göstərən müvafiq təşkilatlarla əlaqələr yaratmaq və onlarla təcrübə mübadiləsi etmək, Azərbaycan xalqının tarixinə, milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə hörmət hisslərinin aşılanması, eyni zamanda qanunla qadağan edilməyən digər istiqamətlərdə fəaliyyət göstərməkdir.






