Sədr
Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının sədri
Səmədov Qüdrət Cəmaləddin oğlu
26 avqust 1946-cı ildə Qəbələ rayonunun Xırxatala kəndində anadan olmuşdur.1962-ci ildə Xırxatala kənd 8 illik məktəbini, 1965-ci ildə Baki şəhər 56 saylı orta məktəbi, 1971-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU ) 1982-ci ildə Baki Ali Partiya məktəbini bitirmişdir.
İxtisasca şərqşünas, politoloqdur.
1971-1976 cı illərdə orduda tərcüməçi zabit, Xırxatala kənd orta məktəbində müəllim işləmişdir.
1976-cı ilin noyabr ayından 1991-ci ilin avqust ayınadək Azərbaycan KP Qəbələ Rayon Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır.
1991-ci ildən 1994-cü ilin sentyabr ayınadək Qəbələ Rayon Təhsil şöbəsində işləmişdir.
1994-cü ilin sentyabrından hal-hazıradək Qəbələ Rayon İcra Hakimiyyətində çalışır. İçtimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsinin müdiridir.
1992-ci ilin dekabrından Yeni Azərbaycan Partiyasının Qəbələ rayonunda təşəbbüs qrupunun yaranmasının fəal təşkilatçılarından olmuşdur.
1993-cü ilin sentyabrında keçirilən təsis konfransında rayon təşkilatı sədrinin müavini, 27 iyun 2008-ci ildə keçirilən VII konfransında isə sədri seçilmişdir.
Yeni Azərbaycan Partiyasının bütün qurultaylarında, Ümumilli Lider Heydər Əliyevin Prezident kimi ilk andiçmə mərasimində iştirak etmişdir.
Ailəlidir, üç övladı, iki nəvəsi var.






