YAP Qəbələ Rayon Təşkilatı
Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatını yaratmaq üçün ilk təşəbbüs qrupları 1992-ci ilin dekabrından fəaliyyətə başlamışdır.1993-cü ilin yanvar ayından artıq bu qruplarda 150 nəfərdən çox təəssübkeş var idi. 15 sentaybr 1993-cü ildə partiyanın birinci təsis konfransı keçirildi. Bu zaman partiyanın təəssübkeşlərinin sayı 350 nəfərə qədər idi.
I konfransda 150 nəfər nümayəndə iştirak edirdi. I konfrans YAP Qəbələ Rayon Təşkilatının yaranması haqqında qərar qəbul etdi. 19 nəfərdən ibarət şura, 9 nəfərdən ibarət idarə heyəti seçildi.
I konfrans Əhmədiyyə Həşim oğlu Məmmədovu YAP Qəbələ Rayon Təşkilatının sədri seçki. O, bu vəzifədə ömrünün sonunadək, noyabr 2007-ci ilədək çalışmışdır.
01 sentyabr 2008-ci ilə YAP Qəbələ Rayon Təşkilatının uçotunda 4300 nəfər üzv durur ki, onlar 75 ərazi ilk təşkilatında birləşmişlər.
Rayon Təşkilatında uçotda olan üzvlərin 45 faizi qadınlar, 37 faizi gənclərdir.
Bu vaxta qədər YAP Qəbələ Rayon Təşkilatının yeddi konfransı keçirilmişdir.
27 iyun 2008-ci ildə keçirilən VII konfransda Qüdrət Cəmaləddin oğlu Səmədov YAP Qəbələ Rayon Təşkilatının sədri seçilmişdir.






