Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

Gənclərlə iş

 Qəbələ rayon Gənclər və İdman İdarəsi Gənclər Siyasətindəki fəaliyyətini Azərbaycan Respublikası Prezdentinin aşağıda qeyd olunan fərman və sərəncamlarına uyğun olaraq həyata keçirir.
  • “Dövlət Gənclər Siyasəti”
  • “Gənclər Siyasəti haqqında qanun”
  • “Azərbaycan Gəncliyi Dövlət proqramı”

İdarə tədəfindən ilboyu gənclərin hərbi xidmətə yola salınma mərasimləri, antinarkomaniya, qələm sahibləri və gənc yazarlarla görüşlər, “İlham Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbirlər həyata keçirilir. Hərbi vətənpərvərlik tərbiyəsi işi idarənin fəaliyyətinin əsas hissələrindən biridir.Məktəblilər arasında “Cəsurlar”, “Şahin”, “Vətən müdafiəsinə hazıram” və “Sərhəd” hərbi idman oyunları hər il yüksək səviyyədə keçirilir.Qalib məktəb komandaları zona birinciliklərində i ştirak edirlər. “Gənclərin sağlam həyat tərzi” devizi altında rayonun aşağıda adları göstərilən Qəbələ şəhər məktəbləri, Nohurqışlaq, Tüntül, Vəndam, Nic, Bum qəsəbəsi, Həmzəlli , Hacallı və digər məktəblərdə tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərin əsas mövzusu “Antinarkomaniya”, “Milli mənəvi dəyərlərin qorunması”, “Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması” olmuşdur. Gənclərlə keçirilən tədbirlərdə rayonun müxtəlif aidiyyatı orqanlarının əməkdaşları iştirak edirlər.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları 2008-ci ilin 9 ayı ərzində “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq müxtəlif mövzularda toplantılar və keçirmişlər.

Gənclərin asudə vaxtlarının təşkili istiqamətində Qəbələ şəhər stadionunda, Heydər bağında və Z.Əliyeva parkında yay mövsümündə çoxlu sayda idman yarışları, konsertlər və diskotekalar təşkil edilmişdir. Bu sahədə görülən işlər ilboyu müntəzəm olaraq davam etdirilir.