Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

Tarixi abidələr

QƏDİM QƏBƏLƏ ŞƏHƏRİ

 Qədim Qəbələnin adı yazılı mənbələrdə ilk dəfə eramızın I əsrində çəkilmişdir. Eramızdan əvvəl IV əsrdən bizim eranın V əsrinədək Azərbaycanın paytaxtı olmuşdur.

Qədim Qəbələ haqqında Roma yazıçısı böyük Pliniy ( I əsr ), Yunan coğrafi Klavdiy Ptolomey ( II əsr ), Alban tarixçisi Musa Kalankaytuklu, IX - X əsr ərəb tarixçilərindən Balazuri, Xordadbeh Təbəri məlumat vermişlər.

Abidənin qala qalıqları Qəbələ rayonunun Çuxur Qəbələ kəndi yaxınlığında indi də qalmaqdadır. Bişmiş kərpicdən, çay və karxana daşlarından tikilmişdir.

Qədim Qəbələ ərazisində 1980 - ci ildən Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılmışdır. Qoruğun 480 hektar ərazisi var.

Abidə dövlət mühafizəsinə götürülmüş, Azərbaycan Respublikası NK - nin 02.08.2001 - ci il tarixli 134 № - li qərarı ilə dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.

HƏZRƏ TÜRBƏLƏRİ

 Qəbələ rayonunun Həzrə kəndində, meşə içərisindəki orta əsr qəbirstanlığında ( sahəsi 3,5 hektara yaxındır ). Şirvan - Abşeron memarlıq məktəbinə aid türbə və sənduqələrdən ibarətdir. Burada dörd türbə və çoxlu sayda sənduqə vardır. Türbələrin portallarında və sənduqələrin üzərinə nəfis işlənmiş kitablar həkk olunmuşdur.

Bu kitabələrə əsasən demək olar ki, türbələr feodal Azərbaycanında böyük ehtirama malik şeyxlərə aiddir.

Həzrə kəndinin belə zəngin abidələrə - böyük qəbirstanlığa malik olması onun XIV - XVI əsrlərdə müəyyən əhəmiyyətli böyük feodal malikanələrinə xas mərkəz xarakterli yaşayış məntəqələrindən biri və yaxud şəhər olduğunu sübut edir.

 Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət ( memarlıq ) abidəsidir.


                                 





CAME MƏSÇİDİ

 1899 - 1906 - cı illərdə Qutqaşında ( indiki müasir Qəbələ şəhərində ) iməcilik yolu ilə tikilmişdir. XX əsrin 30 - cu illərində minarəsi və mehrabı dağıdılmış və binadan müxtəlif məqsədlərlə istifadə edilmişdir. Sahəsi 800 M2 - dır. 2004 - 2005 - ci illərdə əsaslı bərpa olunaraq qəbələ dini icmasına qaytarılmışdır. Qəbələ şəhəri, Nizami küçəsi № - 1 - də yerləşir. Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət ( memarlıq ) abidəsidir.

 ALBAN MƏBƏDİ

 Qəbələ rayonunun Nic qəsəbəsindədir. Udilərə məxsusdur. Tikildiyi tarix məlum deyildir. 2005 - 2006 - cı illərdə əsaslı bərpa edilərək əvvəlki görkəminə - alban məbədi formasına - qaytarılmışdır. Hazırda udilərin dini mərkəzidir. Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsidir.
                                                          
            

SƏKKİZ GUŞƏLİ MƏSÇİD

 XV - XVI əsrlərdə Qutqaşında ( indiki Qəbələ şəhərində ) bişmiş kəpaic və çay daşından tikilmişdir. Tinləri və damı səkkizguşəlidir. İçərisində tavanla döşəmə arasında bir ağac sütun vardır. 1985 - 86 - cı illərdə bərpa edilmişdir. Dini icmanındır.

Səkkizguşəli məsçid nadir tikintidir. Səkkizcuşə - cənnət sferasının rəmzidir Belə işarəli qılınc və qəbir daşı Qəbələ rayon Tarix Diyarşünaslıq muzeyində vardır

Yerl iəhəmiyyətli daşınmaz tarix və mədəniyyət ( memarlıq ) abidəsidir


 QƏBƏLƏ RAYONUNA GİRİŞ QAPISI

 Bakı - Laqodexi şosse yolunun 200 - cü kilometrliyinin sol tərəfində, 2005 - ci ildə tikilmişdir. Antik dövr Qəbələnin cənub darvazasına imitasiya edilmiş, bənzədilmişdir. Tikinti - Qəbələ ərazisinə daxil olan şəxslərdə bu yerlərin qədimliyi barədə ilkin təəssürat yaradır.


                                     
 

                                          
ANA ABİDƏSİ

 1941 - 45 - ci illər Böyük Vətən müharibəsində həlak olmuş soydaşlarımızın şərəfinə Qəbələ şəhərinin Bakı istiqamətdən girəcəyində 1985 - ci ildə ucaldılmışdır. Abidənin müəllifi memar İbrahim Zeynalovdur.


                      

                           
                                      İ.B.QUTQAŞINLININ ABİDƏSİ

    İ.B.Qutqaşınlı (1806 - 1869 ) Azərbaycan realist nəşrinin banilərindən və ilk Azərbaycanlı generallarından biridir. Qutqaşında ( indiki Qəbələdə ) Sultan - Baba qəbirstanlığında dəfn edilmişdir. Qəbri üzərində abidə 1979 - da ucaldılmışdır. Abidənin müəllifləri Nəcəf Soltanov və Əsgər Kazımovdur. Qəbirüstü abidə ilə üzbəüz ədibin xatirə ev muzeyi vardır. 

QƏBƏLƏ RAYON TARİX DİYARŞÜNASLIQ MUZEYİ

1980 - ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin, Azərbaycanın 2500 illik tarixini əks etdirən on iki mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.

Bu mədəniyyət ocağı respublikamızın aparıcı muzeyləri AMEA - nın elmi - tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq edir. Burada tədqiq, təbliğ, mühafizə olunan arxeoloji materiallar əsasında namizədlik və doktorluq dissertasiyaları yazılmışdır.

Muzeyin 900 kvadratmetrlik binası , 1 ha torpaq sahəsi, 13 ekspazisiya zalı, fondu, Heydər Əliyev xatirə otaqları, zəngin kitabxanası, qədim daş abidələrindən açıq səma altında təşkil olunmuş sərgi meydançası və 2 filialı vardır.