Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

Qəbələ Konserv zavodu

Qəbələ Konserv zavodu

 Dağlar qoynunda yerləşən qədim Qəbələ şəhəri Azərbaycanın cənnət guşələrindən biridir. Qəbələ özünün təkcə zəngin tarixi ilə deyil, həm də bərəkətli torpaqları, bol məhsullu meyvə bağları ilə də məşhurdur. Özünə məxsus dadı ilə xalq arasında populyarlıq qazanan «Jalə» şirələri də məhz Qəbələ konserv zavodunda hazırlanır.

Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ konserv zavodu hələ çox gənc olmasına baxmayaraq, artıq dünya standartlarına cavab verən məhsulları ilə Azərbaycan bazarında liderliyi əldə etmişdir. Zavod Avropada istehsal olunmuş ən müasir avadanlqla təchiz olunmuşdur. İtaliyadan, Türkiyədən, Rusiyadan dəvət edilən mütəxəssislər bu avadanlığın istismarında, eləcə də yerli ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edirlər.

Təsadüfi deyil ki, artıq bu gün Zavodun istehsal etdiyi təbii meyvə şirələri, müxtəlif mürəbbə və cemlər, turşular, eləcə də yarımfabrikat olan konsentrat və pürelər yalnız Azərbaycan məkanında deyil, həmçinin Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikalarda, hətta Amerika və Avropa dövlətlərində satılır. Bütün müasir Avropa keyfiyyət sertifikatlarına layiq görülmüş məhsullarımızın istehsalında başlıca prınsiplərdən biri də məhsulun məhz yerli xammaldan, bərəkətli Azərbaycan torpağında yetişən nemətlərdən hazırlanmasıdır. Bu məqsədlə zavod yerli fermerlərin köməyi ilə ölkənin bütün regionlarından meyvə və tərəvəz məhsulları qəbul edir.

On minlərlə həmvətənimiz bizim sifariş verdiyimiz meyvə və tərəvəzin becərilməsi ilə məşğuldur ki, bu da Respublikada kənd təsərrüfatınin inkişafında mühüm rol oynayır.

Gilan Qəbələ Konserv Zavodunun təməli 2005-ci ildə qoyulmuşdur. 1 il ərzində tikinti işləri başa çatdırılmış və 2007-ci ilin mart ayının 2-də Hörmətli Prezidentimiz İlham Əliyev cənabları tərəfindən açılışı həyata keşirilmişdir.Zavod 12 hektar ərazidə yerləşir. Zavodun İstehsal gücü və avadanlıq texnologiyasına görə Qafqaz regionunda analoqu yoxdur. 2007-ci ildə zavod da Tetra Pak xətti qurulub. Zavodun bütün avadanlıqları İtaliya və İsveçrədə istehsal olunmuşdur. Zavodun iş prinsipi xammal və tərəvəzin qəbulundan başlayaraq qablaşdırılmaya qədər mövçud olan bütün prosesləri əhatə edir. Əsas istehsal bölümləri aşağıdakılardan ibarətdir:


• Pürə və konsentrat istehsalı

• Meyvə suyu və nektar istehsalı

• Mürəbbə və cem istehsalı

• Turşu istehsalı

• Müxtəlif çeşiddə soyuq çaylar

Gilan Qəbələ Konserv Zavodunda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış mallar istehal olunur. Məhsullarımız «JALƏ», «BAĞDAN», «AYCAN»,«ZOLOTOY SAD"  adı altında alıçılara təqdim olunmuşlar.

Zavod 5 10 2006-cı ildə İSO 9001:2000, HACCP, İSO 14001:2004, 2007-ci ildə isə Koşer ı və UKAS Sertifikatı almışdır.

Məhsullarımız sadəcə daxili bazarda deyil, həmçinin xarici bazarda da öz sözünü demişdir. Beləki qısa müddət ərzində ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Belarusiya, Estoniya, Latviya, Gürcüstan kimi ölkələrə ixracatımız olmuşdur və bir çox ölkələr ilə danışıqlar aparılır.Hədəfimiz çox yaxında dünyada tanınmış meyvə suyu istehsalatçıları sırasına girmək və dünya bazarında layiqli bazar payı tutmaqdır.

Zavodun istehsal gücünü və məhsul müxtəlifliyini artırmaq üçün yeni layihələr hazırlanır və daha müasir avadanlıqlar quraşdırılır.

İstehsalın səmərə və keyfiyyətini artırmaq üçün ölkəmizin müxtəlif reqionlarında meyvə və tərəvəz əkinçiliyini inkişaf etdiririk və fermerləri məlumatlandırırıq. Ümid edirik ki, yeni texnologiya əsasında hazırlanan Azərbaycan nemətləri dünya bazarında birincilik qazanaçaq.

Zavodumuz durmadan yeniləşir, genişlənir.Yeni istehsal sahələri tikilir, məhsullarımızın çeşidı atır. Məqsədimiz, «Gilan Qəbələ Konserv Zavodu» MMC-nin əsas iqtisadi prinsipi olan Xalqımızı yüksək keyfiyyətli məhsullarla təmin etmək və Azərbaycan məhsullarını dünya bazarında tanıtmaqdır.

Foto şəkillər