Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qəbələyə səfərləri
Cənab İlham Əliyevin 2003-cü il oktyabr ayının 3-də hələ Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi dövründə Qəbələyə ilk rəsmi səfəri olmuşdur.
7 il ərzində cənab İlham Əliyev rayonumuzda 6 dəfə rəsmi səfərə gəlmiş, 40-dan artıq müəssisənin açılışında və ya təməlqoyma mərasimində iştirak etmişdir.
Cənab İlham Əliyevin Qəbələyə hər gəlişi doğma diyarımızda yüksək və sürətli sosial-iqtisadi inkişafa səbəb olmuşdur.
Qəbələ öz simasını başdan-başa dəyişir, yeniləşir və müasirləşir. Rayon əhalisi cənab Prezidentin rayonumuza ardıcıl səfərlərini onun ölkənin bu dilbər guşəsinə, əhalisinə xüsusi hörmət kimi qiymətləndirir.

Cənab Prezident rayonumuza ilk rəsmi səfəri zamanı yolüstü qədim və ən iri yaşayış məntəqəmiz olan Vəndam qəsəbəsində dayanmış, burada qəsəbə əhalisi ilə görüşmüş, onların problemləri ilə maraqlanmışdır.
İlham Əliyev Vəndam qəsəbəsindən rayonda ilk nəhəng tikintilərin başlanğıcı olan, Qoçalan çayı üzərində tikilən 126 metr uzunluğunda 7 aşrımlı körüpünün açılışına gəlmişdir. Burada ətraf kəndlərin əhalisi qarşısında nitq söyləmiş və körpünün açılış lentini kəsmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qəbələyə səfəri 18 avqust 2005-ci il
Dövlətimizin başçısı İlham Əliyevi ölkə başçısı kimi Qəbələyə ilk səfəri 2005-ci ili avqust ayının 18-də olmuşdur.
İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qəbələlilər yol boyu ööyük hörmət və ehtiramla qarşılamışlar. Prezident İlham Əliyev əvvəlcə Qəbələ şəhərinin mərkəzindəki « Heydər bağı» na gəlmiş, buraya toplaşan minlərlə əhali onü gül çiçəklə qarşılamışdır.
Azərbaycan Respublikasının Prezidenti və ailə üzvləri əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.
Cənab Prezident sonra buraya toplaşan əhali ilə görüşmüş, onların qarşısında geniş nitq söyləmişdir.
Ölkə Prezidenti İlham Əliyev rayon mədəniyyət evinə gəlmiş, burada mədəniyyət evinin ansamblının çıxışını dinləmiş, rayon iqtisadiyyatına, mədəniyət və incəsənətinə aid sərgi ilə tanış olmuşdur.

Cənab Prezident Qəbələ şəhərinə çəkilmiş yeni su kəmərinin açılışında 
Yeni bərpa olunmuş Cümə məscidi ilə tanışlıq.
Cənab Prezident cənubi Qafqazda analoqu olmayan meyvə konservi zavodunun tikintisi ilə də tanış olmuşdur. Burada inzibati binanın təməlqoyma mərasimində iştirak etmişdir. Zavodda İtaliya istehsalı olan 5 milyon avro dəyərində avadanlıq quraşdırılmışdır.
Həmin gün dövlətimizin başçısı "Gilan" yeyinti məhsulları və tikinti məhsulları istehsalı müəssisələri, tarix diyarşünaslıq muzeyi ilə də tanış olmuşdur.
Preziden İlham Əliyev avqustun 19-da azsaylı xalqlardan olan Udilərin yaşadığı Nic qəsəbəsinə gəlmişdir.
Burada 2300 illik tarixi olan qəsəbənin əhalisi İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük səmimiyyətlə, ehtiramla və gül-çiçəklə qarşılamışdır.
Dövlətimizin başçısı əhali arasındageniş nitq söyləmiş, udi xalqının zəngin tarixi irsi, mədəniyyəti, nailiyyətləri ilə tanışlıqdan məmnun qalmışdır.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qəbələ ilə tanışlığa tikintisi yenicə başa çatmış Heydər Əliyev muzeyindən başladı.
Ölkə başçısı əvvəlcə muzeyin rəsmi açılış lentini kəsdi, Ulu öndərin muzeydə qoyulmuş büstü önünə gül dəstələri qoydu, muzeyin ekspozisiyası, " Heydər Əliyev İrsi" Beynəlxalq Elektron Kitabxanası və brifinq zalı ilə tanış oldu.
Prezident xatirə kitabına ürək sözlərini yazdı.
Dövlətimizin başçısı Heydər Əliyev Muzeyinin qarşısındakı meydanda qəbələlilərlə görüş keçirdi, ölkənin daxili və xarici siyasəti, qarşıda duran böyük quruculuq işləri barədə geniş nitq söylədi.
Qəbələlilər hörmətli Prezidentə öz təşəkkürlərini bildirdilər, sosial-iqtisadi inkişaf sahəsində görülən işlərdən razılıq etdilər, Ulu öndərin tarixi xidmətlərini xatırladıılar onun arzularının həyata keçirilməsi istiqamətində ölkə başçısına uğurlar dilədilər.
Ölkə Prezidenti İlham Əliyev əhali ilə görüşündən sonra meyvə koservi zavoduna gəlmiş zavodun buraxdığı məhsullarla, bu məhsulların dünya bazarına çıxarılması üçün görülən hazırlıq işlərindən razı qalmışdır.
Cənab Prezident burada istehsal gücü saatda 1,5 min qab olan sexlə tanış olmuşdur.
Qəbələnin iş adamları, ticarətçilər «Gilan Holdiq» şirkətlər qrupunun inşa etdiyi Qəbələ Ticarət Kompleksində ölkə başçısını və xanımını səmimiyyətlə qarşılamışlar.
Prezidentə məlumat verilmişdir Ki, kompleks 4,6 hektar ərazidə yerləşir. Burada çoxlu sayda yeni iş yerləri açılmışdır. Satıcılar və fermerlər onlara yaradılan belə gözəl şəraitə görə
cənab Prezidentə razılıqlarını bildirmişlər.
Cənab Prezident və xanımı İlham Abdulkərimov adına Nohurqışlaq kənd orta məktəbində olmuşlar. Yeni istifadəyə verilən bu üçmərtəbəli məktəbdə 500-dən çox şagird təhsil alır, 72 müəllim çalışır.
Ziyalılar görüş zamanı ölkə Prezidentinin və onun xanımının təhsilə, səhiyyəyə göstərdikləri qayğıdan çox razı qaldıqlarını bildirmiş, ölkədə davam edən iqtisadi inkişfı İlham Əliyev möcüzəsi kimi qiymətləndirmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qəbələyə səfəri 20 sentyabr 2008-ci il
Qəbələ əhalisi hörmətli Prezidenti və xanımını şəhərimizdə tikintisi yenicə başa çatmış regional əhəmiyyətli Müalicə-Diaqnostika Mərkəzinin qarşısındakı meydanda gül-çiçəklə qarşıladılar.
Onlar əllərində Ulu öndər Heydər Əliyevin ölkə Prezidenti İlham Əliyevin şəkillərini, prezidenti salamlayan şüarlar, müdrik kəlamlar yazılmış plakatlar tutmuşlar.
Əvvəlcə cənab Prezident və xanımı yüksək standartlara uyğun tikilmiş 3 mərtəbəli Müalicə-Diaqnostiya Mərkəzi ilə tanış olmuşlar.
Dövlətimizin başçısı mərasimdə geniş nitq söyləmiş, əhalinin sosial vəziyyətinin bundan sonra da yaxşılaşdırılması üçün qarşıda duran vəzifələrdən danışmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yengicə «İstisu» sağlamlıq mərkəzinə getmişdir. 50 yerlik kompleksdə 21 vanna, müayinə otaqları, yeməkxana, istirahət otaqları vardır. Burada 80 yerlik beşmərtəbəli yeni korpus da tikilməkdədir.
Ölkə Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva müasir tələblərə cavab verən «Qafqaz Resort» turizm-istirahət kompleksi ilə tanış olmuşlar . 250 yerlik kompleksdə 2 beşmərtəbəli mehmanxana binası, 20 kottec, restoran, bar, konfrans salonu vardır.
Kompleksin ikinci hissəsində işlər davam edir. Burada açıq və qapalı hovuzlar, kotteclər, tennis və digər əyləncə mərkəzləri nəzərdə tutulur.
Prezident İlham Əliyev Qəbələdə olarkən eyni gündə rayonun Qaraçay zonasında tikilən Olimpiya-idman kompleksində tikinti işlərinin gedişi ilə maraqlanmış, kompleksin baş planı ilə tanış olmuşdur.
2009-cu ilin sonunadək hazır olacaq kompleksdə respublika və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.





Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qəbələyə səfəri 27 fevral 2010-cu il.
Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət.
Prezident İlham Əliyev Qəbələdə “Gilan” piano fabrikinin açılışında iştirak etmişdir.
Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və müəssisənin işi ilə yaxından tanış oldu.Dövlətimizin başçısı müəssisədə istehsal olunan pianolara baxdı. Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli müəssisənin ilk məhsulunu sınaqdan keçirdi. Sonra dövlətimizin başçısı istehsal prosesini müşahidə etdi.
Məlumat verildi ki, ölkəmizdə sənayenin, xüsusilə qeyri-neft sektorunun inkişafı diqqət mərkəzindədir. Bu baxımdan ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal müəssisələri də fəaliyyətə başlayır. Qəbələ rayonunda inşa edilən “Gilan” piano fabriki də belə istehsal qurumlarından biridir.
Prezident İlham Əliyev Qəbələdə yeni avtovağzal binasının açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev Qəbələdə uşaq bağçasının açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev Qəbələdə “Qafqaz-Park” Gənclik Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mehmanxananın eskizlərinə baxdı.
Prezident İlham Əliyev Qəbələdəki “Laza” yarımstansiyasının açılışında iştirak etmişdir.
Bildirildi ki, 12 çıxış xəttinə malik “Laza” yarımstansiyasında hər birinin gücü 16 meqavoltamper olan iki transformator quraşdırılmışdır. Yarımstansiyada quraşdırılacaq avadanlıq İsveçrənin ABB şirkətinə məxsusdur. Prezident İlham Əliyev paylayıcı qovşaq bölməsində oldu, dispetçer məntəqəsində yarımstansiyanı işə saldı. Dövlətimizin başçısı yarımstansiyanın kollektivini təbrik etdi, onlara uğurlar arzuladı.
Bildirildi ki, 6 mərtəbəli yeni korpus 60 otaqdan ibarətdir. Onlardan 36-sı standart, 23-ü lüks nömrə, biri isə xüsusi qonaqlar üçündür. Binada restoran, kafe və bar fəaliyyət göstərir. Korpusda internet xidməti təşkil edilmişdir. Yeni korpusla yaxından tanış olan Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirmişdir. Məlumat verildi ki, 5 hektar ərazidə müasir üslubda inşa edilmiş bu mərkəz istirahətlə yanaşı, turistlərin müayinə və müalicəsinə də xidmət edir. Burada 700 yerlik amfiteatr, kinozal, saunalar, SPA kabinetləri, hidromasaj otaqları, müalicə vannaları fəaliyyət göstərir. Mərkəzdə, həmçinin 8 yolluq boulinq zalı, reytbol, stolüstü oyun masaları və digər idman qurğuları da quraşdırılmışdır. Uşaqlar üçün xüsusi üzgüçülük hovuzları tikilmiş, uşaq klubu yaradılmışdır.
“Fitnes” sağlamlıq mərkəzində eyni vaxtda 300 qonağın istirahət etməsi üçün imkan vardır. Onların xidmətində 80 nəfərlik heyət dayanacaqdır.
Ölkənin bütün regionları kimi, Qəbələ də yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da möhkəmlənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almışdır. Dövlətimizin başçısının bir neçə dəfə Qəbələyə səfər etməsi mühüm keyfiyyət dəyişiklikləri ilə müşayiət olunmuş, rayonun iqtisadiyyatında sürətli artım qeydə alınmışdır. Elə bu səbəbdəndir ki, hazırda Qəbələ Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesinin fəal iştirakçılarından biri olmaqla ölkəmizin qazandığı uğurlarda ciddi paya malikdir.
Rayonda yeni müəssisələrin fəaliyyətə başlaması, mövcud olanlarda yenidənqurma işlərinin aparılması Qəbələnin iqtisadi kompleksinin inkişafı baxımından mühüm amillərdir. Bunun nəticəsidir ki, rayonda 2003-cü illə müqayisədə 2010-cu ildə ümumi məhsul buraxılışının həcmi xeyli artmışdır. Kənd təsərrüfatı məhsullarının artımı 2 dəfədən çox olmuşdur. 2003-2009-cu illərdə rayondakı 450-dən çox müəssisədə 8500-ə yaxın yeni iş yeri açılmışdır. Qəbələnin zəngin turizm potensialının reallaşdırılması üçün də dövlətimizin başçısının tapşırığına müvafiq kompleks tədbirlər həyata keçirilir. Bununla da böyük keçmişi olan Qəbələ yenidən öz tarixi şöhrətini bərpa edir.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin abidəsini ziyarət etdi. Prezident İlham Əliyev Heydər Əliyev parkında aparılmış abadlıq və yenidənqurma işləri ilə tanış oldu.

Bildirildi ki, müasir görünüşü ilə diqqət çəkən parkın ərazisi 2 hektardır. Yenidənqurma işləri zamanı əsas diqqət ərazidə yaşıllıqların artırılmasına yönəldilmiş, xüsusi suvarma sistemi quraşdırılmışdır. Parkda rayon əhalisinin və şəhərə gələn qonaqların istirahətinin təşkili üçün bütün şərait yaradılmışdır. Burada oturacaqların sayı artırılmış, ən əsası isə 4 yeni fəvvarə quraşdırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdəki “Gilan” konserv zavodunda yaradılan yeni istehsal sahələri ilə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. 2007-ci ilin martında Prezident İlham Əliyevin iştirakı ilə açılan bu zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur. Məhsullar “Jalə”, “Bağdan”, “Aycan”, “Zolotoy sad” adlı təbii meyvə şirələri, müxtəlif tamlara malik “İce tea-Jalə” soyuq çayları, həmçinin meyvə dilimlərindən ibarət konservlərdir.
Dövlətimizin başçısı müəssisədə istehsal olunan məhsulların nümunələrinə baxdı.

Bildirildi ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Hazır məhsulu keyfiyyətlə saxlamaq üçün Azərbaycanda tam fərqli və regionda analoqu olmayan anbar inşa edilmişdir. Xüsusi temperatur və gigiyenik şəraitin yüksək səviyyədə qorunduğu anbar məhsulların təravətli qalmasına zəmin yaradır. Bu gün Qəbələ konserv zavodunun məhsulları 30-dan çox ölkəyə ixrac edilir.
Prezident İlham Əliyev istehsal prosesini izlədi, meyvə qəbulu bölməsi və şüşə qablara məhsul dolduran xəttə baxdı.
Sonra Prezident İlham Əliyev zavodda aparılan yenidənqurma və genişləndirmə işlərini əks etdirən maketlə tanış oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələdə “Qafqaz Riverside” hotelinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və turizm obyekti ilə yaxından tanış oldu.
Məlumat verildi ki, 2008-ci ilin avqustunda inşasına başlanılan beşulduzlu hotel “Gilan Turizm” şirkətinə daxil olan ən böyük layihələrdən biridir. Dövlətimizin başçısı bu ilin fevralında Qəbələyə səfəri zamanı hotelin tikintisi ilə tanış olmuşdur.
Bildirildi ki, 16 hektar ərazidə yerləşən və sahəsi 2 min 250 kvadratmetr olan hotel 7 mərtəbəli əsas korpusdan və kotteclərdən ibarətdir. Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanmış mebel və aksessuarlardan istifadə olunmuşdur. Burada 96-sı “Superior”, 12-si “Junior suit”, 6-sı “Deluks suit”, 4-ü “Dubleks suit” və 5-i “Kral suit” olmaqla, cəmi 123 nömrə vardır. Nömrələrdə qonaqların istirahətinin yüksək səviyyədə təmin edilməsi üçün hər cür şərait yaradılmışdır. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilmişdir.
Diqqətə çatdırıldı ki, hotelin ərazisində yüksək standartlara cavab verən 38 kottec inşa olunmuşdur. Ailəvi istirahət üçün ideal şəraitə malik olan kotteclərdə amerikan mətbəxi qonaqların ixtiyarına verilmişdir. Hotelin qonaqları gün ərzində otaq xidməti, faks-kseroks, örtülü avtodayanacaq, camaşırxana, ticarət mərkəzi, avtobus, tibbi yardım xidmətlərindən də faydalana bilərlər. Burada 300 nəfərlik yeməkxana və sifarişlə işləyən 150 nəfərlik restoran fəaliyyət göstərir.

Restoranda qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını dada bilərlər. Hoteldə zəngin menyu təqdim edən bir neçə bar da vardır. Açıq havada xoş saatlar keçirmək istəyənlər üçün 70 nəfərlik bağça yaradılmışdır. Bundan əlavə, zəngin çeşiddə şirniyyat güşəsi də qonaqların xidmətindədir. Konfrans, iclas, seminar, təqdimat mərasimlərinin keçirilməsi üçün burada 25 nəfərlik iki və 150 nəfərlik bir iclas zalları vardır. Hoteldə sağlamlıq mərkəzi, sauna, türk hamamı, açıq və örtülü hovuz, idman zalı da yaradılmışdır. Qonaqlar asudə vaxtlarını bilyard və stolüstü oyun zallarında səmərəli keçirə bilərlər. Uşaqlar da unudulmamışlar, onların əylənməsi üçün oyun meydançası inşa olunmuşdur.






