“Qəbələ” qəzeti
Qəbələ Rayon İcra Hakimiyyəti və redaksiya kollektivinin təsisçiliyi ilə nəşr olunan "Qəbələ"qəzeti 15 oktyabr 1933-cü ildə “Bolşevik mübarizi” adı ilə işıq üzü görmüşdür. Sonralar “Mübariz”, “Yeni həyat”, “Qalibiyyət”, “Qəbələ” adları ilə çap olunmuşdur.
Qəzet redaksiyasında çalışan redaktorlar: Nəriman Həsənov, Musa Nəcəfov, Umud Kərimov, Baba Qəhrəmanov, Canan Şirinov, Kərim Abdullayev, Ramazan İsmayılov, Əziz Əzizov, Tacəddin Şahdağlı. Hal-hazırda redaksiyaya Atakişiyev Nadir Rəsul oğlu rəhbərlik edir.
Qəzetin 1 sentyabr 2008-ci ilə olan nömrələrinin sayı 6790-a çatmışdır. Bu il üçün 38 nömrə çap edilib. A-3 formatlı "Qəbələ" qəzetinin hər nömrəsi 8-16 səhifədən ibarətdir.
Fotoqalereya






