Regionun turizm potensialı
Hər il iyunun əvvəli turizm mövsümünün başlandığı dövrdür. Son illərin statistikası və marTurizm iqtisadiyyatımızın əlverişli bir hissəsi olmaqla xırda və orta sahibkarlıq üçün möhkəm baza yaradır, rayonda turizmin inkişafı yeni iş yerlərinin açılmasına kömək edir. regionun infrastrukturun formalaşdırılması üçün əlverişli şərait yaranır. Bütün bunlar, əlbəttə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Proqramının və yoxsulluğun aradan qaldırılması Proqramının əsas müddəalarına cavab verir. Azərbaycanda yoxsulluq kəskin şəkildə azaldılıb, işsizlərin sayı minimuma endirilib. Bu vəzifə üç il bundan əvvəl qarşıya qoyulmuşdu və bu müddət ərzində bu sahədə görülən işlər sübut edir ki, bizim ölkəmiz düzgün istiqamətdə inkişaf edir. İstehsal proseslərinin planlı şəkildə inkişaf etdirilməsi də turizm sənayesinin inkişafı ilə bağlıdır. Qəbələ rayonunda mövcud olan turizm obyektləri hər il keçirilən nüfuzlu sərgilərində, dünya səviyyəli ixtisaslaşdırılmış yarmarkalarda iştirak edir və bazarda özünün turməhsullarını nümayiş etdirir. Turizm sahəsində rayonun müsbət imicinin formalaşması üçün qüvvələrini səfərbər edir. Ölkənin bir çox rayonlarında turizm sektorunda çalışan həmvətənlərimiz yaxşı bilir ki, xarici turistləri necə qarşılamaq lazımdır, onlar nəyi görmək, hansı adət-ənənələrlə tanış olmaq istəyirlər, milli mətbəximizin hansı yeməklərini daha çox xoşlayırlar, necə istirahət edirlər, hansı servisə üstünlük verirlər. Bunun üçün hamımız, hərbirimiz rayonumuza gələn qonaqların şən və mənalı istirahətinin təmin olunması üçün bütün qüvvələrimizi səfərbər etməliyik.






