Qəbələ Rayon İcra Hakimiyyəti

Axtar

Səsvermə

Yeni İnternet resursumuz xoşunuza gəlirmi?

Tərcümeyi hal

 Fəttah Səməd oğlu Heydərov

 1938-ci ildə Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə doğulduğu kəndin təhsil və mədəniyyət ocaqlarında başlamışdır.

1966-cı ildə Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi, 1976-cı ildən Naxçıvan Muxtar Respublikası Əhaliyə Məişət Xidməti Naziri, 1978-1983-cü illərdə Ordubad və Culfa rayon Partiya Komitəsində birinci katib, 1983-cü ilin noyabrından Naxçıvan MR Mədəniyyət Naziri vəzifələrində işləmişdir.

1995-ci ilin noyabrından Azərbaycan Respublikası Milli Məclisinin üzvüdür. Baki Dövlət Universitetini, Ali idarəetmə və Politalagiya Universitetini bitirmişdir. Dörd dəfə müqəddəs Həcc ziyarətində, dəfələrlə ümrə ziyarətində olmuşdur.
   Beş övlad atasıdır.
 
       Hər bir dövlətin iqtisadi və siyasi baxımdan inkişafının əsas şərtlərindən biri hüquqi islahatların vaxtında və səmərəli şəkildə həyata keçirməkdən çox asılıdır.

        Bu mənada Azərbaycandaki dövlət quruculuğu prosesinin uğurları hüquqi islahatların müvəfəqqiyyətlə aparılmasının məntiqi nəticəsidir. Milli Məclisin deputatı kimi ötən on illik fəaliyyəti ərzində Fəttah Heydərov xalqımızın milli sərvəti olan müstəqilliyizin möhkəmləndirilməsində, ümummilli Lider Heydər Əliyevin şah əsəri olan Azərbaycan Avropa xalqları ailəsinə inteqrasiya olunmasında qətiyyətli mövqe nümayiş etdirmiş, parlamentin qanun yaradıcılığında, hüquqi bazanın yaradılmasında Azərbaycan xalqının, Qəbələ camaatının istək və arzularının istifadəçisi olmuşdur.

         Öz sadə və səmimi münasibəti ilə rayon ağsaqqllarının, ziyalılarının və gənclərinin yaxın dostuna çevrilən Fəttah Heydərov onların maddi rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, sosial-iqtisadi infrastrukturunun müasirləşdirilməsi istiqamətində əsl vətəndaş mövqeyindən çıxış edərək ardıcıl və səmərəli iş aparmışdır.
            Deputatlıq fəaliyyətinin əsas məqamlarından biri kimi mərkəzəqaçma meyllərinin tamamılə aradan qaldırılması üçün seçicilərlə canlı təmas quran Fəttah Heydərov istər Milli Məclisdə, istərsə də rayonda minlərlə seçicini qəbul etmiş, onların şəxsi və sosial problemlərinin həll olunmasında əlindən gələni əsirgəməmişdir. Ona müraciət edən seçicilərin çoxunun işlə təmin edilməsi, problemlərin həll olunmasının hüquqi təminatı sahəsində onlara göstərdiyi köməklik rayonda həyatın canlanmasına səbəb olmuşdur. Qəbələ rayonuna səfəri zamanı götürdüklərindən, baş verən müsbət dəyişikliklərdən məmnun qaldığını söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, - “İstəyirəm ki, Azərbaycanın bütün bölgələrində belə inkişaf, belə quruculuq işləri olsun” – demişdir. Ölkə başçısı içtimaiyyət qarşısında rayon əhalisinin Milli Məclisdə layiqincə təmsil edən millət vəkili Fəttah Heydərovun bu işdə çox fəal iştirakını, deputatlıq fəaliyyətini yüksək qiymətləndirilmişdir.
 
Hər bir qəbələli yaxşı bilir ki, rayonun təhsil, mədəniyyət , rabitə, sosial təminat, abadlıq, sel-sulardan mühafizə kimi problemlərion həllində Fəttah Heydərov yaxından iştirak etmişdir.
     Belə ki, rayon xəstəxanasının tikilməsi üçün maliyyə və təchizat məsələlərinin həllində, mədəniyyət evinin təmiri işlərində, Qəbələ şəhər su təchizatı sisteminin yenidən qurulmasında və s. bu kimi onlarla vacib obyektlərin əhalinin istifadəsinə verilməsində icra orqanlarının yaxın yardımçısı olmuşdur.

     Yeri gəlmişkən, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü kimi Fəttah Heydərov hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində aparılan müzakirələrdə elmi cəhətdən əsaslandırılmış dəyərli təkliflərlə çıxış etmi, müzakirələrdə fəallıq göstərmişdir.
     Hüquqi demokratik cəmiyyətin bütün sahələrini əhatə edən, insan haqlarının təminatı sahəsində qəbul olunmuş qanunlar məhz bu qəbildəndir.

     ATƏT-in Parlamentlərarası Assembleyasının və Milli Məclisin Parlamentlərarası dostluq qrupunun üzvü kimi beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edən Fəttah Heydərov dünyanın bir çox yerlərinə - Fransaya, Almaniyaya, Yunanıstana, İngiltərəyə, Səudiyyə Ərəbistanına, İordaniyaya, İspaniyaya, İsveçə, Norveçə, Avstriyaya və digər ölkələrə etdiyi rəsmi səfərləri zamanı parlamentlərarası münasibətlərin ayranmasında, qarşılıqlı əlaqələrin qurulması və genişləndirilməsi sahəsində olduqca müsbət fəaliyyət göstərmiçşdir. Bütün rəsmi səfərlərində torpaqlarımızın 20 % nin işğalının, 1 milyondan çox soydaşımızın ev-eşiyindən didərgin düşərək ağaır vəziyyətdə yaşamasının, erməni təcavüzünün törətdiyi dəhşətl cinayətlərin dünya içtimaiyyətnə çatdırılmasında, erməni riyakarlığının iç üzünün açılmasında fəal mövqedə dayanmışdır.

     Fəttah Heydərov 10 illik deputatlıq fəaliyyəti müddətində beynəlxalq hüquq prinsiplərinin və normalarının milli qanunvericilikdə öz əksini tapması, qanunların beynəlxalq normalara uyğunlaşdırılması, Azərbaycan dövlətinin və xalqının dünya sivilizasiyanın inteqrasiya olunması istiqamətində aparılan ümumdövlət vəzifələrinin həllində bilik və bacarığını əsirgəməmişdir.

     Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

     2005-ci il noyabrın 6-da 116 saylı Qəbələ seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Regional məsələlər daimi komissiyası sədrinin müavinidir. Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Avstriya, Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

   ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.